Müdafiə naziri Səfər Əbiyev özbəkistanlı həmkarı ilə görüşüb

Müdafiə naziri Səfər Əbiyev özbəkistanlı həmkarı ilə görüşüb
İyunun 13-də Azərbaycana rəsmi səfərə gələn Özbəkistanın müdafiə naziri general-mayor Kabul Berdiyevin Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşü olub. Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Fəxri xiyabanda Heydər Əliyevin və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra özbəkistanlı qonağın MN-də təntənəli qarşılanma mərasimi keçirilib.


Geniştərkibli görüşdə müdafiə nazirləri Azərbaycanla Özbəkistan arasındakı hərbi əməkdaşlıq əlaqələrinin inkişafı və bölgədə hərbi-siyasi vəziyyət barədə geniş fikir mübadiləsi aparıblar.


Sonra nazirlər arasında təkbətək görüş keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня