AGAT “Ümümdünya Qanvermə-Donorluq Günü” ilə bağlı tədbir keçirəcək

AGAT “Ümümdünya Qanvermə-Donorluq Günü” ilə bağlı tədbir keçirəcək

Belə ki, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) AR Qızıl Aypara Cəmiyyəti ilə birgə 14 iyun, 2011-cu il tarixində, saat 16:00-da Gəncliyə Yardım Fondunda (Cəfərov qardaşları 16) "Ümümdünya Qanvermə-Donorluq Günü" ilə bağlı maarifləndirici-interaktiv tədbir həyata keçirəcək. AGAT-dan SİA-ya verilən xəbərə görə, əsas məqsəd donorluq ilə bağlı düzgün informasiyanın, eləcə də gənclərin sağlamlığı ilə bağlı olan problemlərin ictimaiyyətə çatdırılması, qanvermənin müsbət tərəfləri barədə məlumat verilməsidir.

Tədbirin ekpertləri Qan Bankının və Azərbaycan Səhiyyə Nazirliyinin Respublika QİÇS ilə mübarizə Mərkəzinin nümayəndələri olacaqlar. Belə ki, tədbirin hədəf qrupu gənclərdir. Maraqlanan gənclər iştirak edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə