Ramiz Mehdiyev: \"Bakı Beynəlxalq Humanitar Forumu ümumbəşəri qarşılıqlı humanitar əlaqələr problemini əhatə edir\" - AÇIQLAMA
Moskvada Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkinin iştirakı ilə Bakı Beynəlxalq Humanitar Forumuna hazırlıq üzrə Təşkilat Komitəsinin iclası başa çatıb.
SİA-nın rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, akademik Ramiz Mehdiyev iclasın yekunlarını kütləvi informasiya vasitələri
üçün şərh edərək deyib ki, Bakı Forumunun keçirilməsi ilə əlaqədar bütün
məsələlər kompleksi işçi qaydada müzakirə edilib. O deyib: "Təşkilati,
hətta mən deyərdim, nəzəri xarakterli məsələlər və bu humanitar forumun
müzakirəsinə çıxarılmalı olan məsələlər də var idi. Çünki humanizm, humanitar
məsələlər insan həyatının demək olar ki, bütün fəaliyyətini əhatə edir. Buna
görə də forum bu baxımdan müəyyən mənada orijinal olacaqdır. Bu gün burada işçi
qrupu iclas keçirir. O, həyata keçirilməsi zəruri olan daha konkret məsələləri
həll edəcəkdir".
Forumun son dərəcə maraqlı və zəngin olacağını bildirən
Sergey Narışkin deyib: "Biz diskussiyaların mövzuları və iştirakçıların
tərkibi barədə razılığa gəldik. Plenar iclaslardan əlavə, bir neçə panel iclası
da olacaqdır. Onların sayını və adlarını deməyəcəyəm, lakin müəyyən maraq
yaratmaq üçün 3 panel diskussiyasının adlarını çəkirəm: "İqtisadi inkişafın
müasir modellərinin humanitar problemləri"; "Humanizmin fəlsəfi problemləri";
"Biotexnologiyalar və etika problemləri". Bunlar çox ciddi, fəlsəfi, humanist
mövzulardır. Həmin diskussiyalarda bizim cəmiyyətlərin qarşısında, bəşəriyyət
qarşısında duran suallara cavab verilməlidir".
Prezident Administrasiyasının
rəhbəri Ramiz Mehdiyev iyunun 25-də Azərbaycan, Rusiya və Ermənistan
prezidentlərinin Kazanda keçiriləcək görüşündən nə gözlənilməsi barədə sualı
cavablandıraraq bildirib ki, üç prezidentin görüşündə Dağlıq Qarabağ
məsələləri də müzakirə ediləcəkdir. Həmin görüşdən nə gözlənilməsi barədə indi
nə isə demək çətindir. R.Mehdiyev vurğulayıb: "Hər halda biz bu görüşdən çox
şey gözləyirik. Ümid edirik ki, bu görüş həmin məsələnin, Dağlıq Qarabağ
münaqişəsinin həllində irəliləyişə təkan verəcəkdir. Bu mənada Azərbaycanın
mövqeyi məlumdur, cənab Prezident İlham Əliyev bunu dəfələrlə deyib. Bu,
ərazi bütövlüyü və Dağlıq Qarabağ üçün yüksək muxtariyyətdir. Aşkardır ki, həmin
məsələlərin müzakirəsi bu rakursda aparılacaqdır. Bu görüşün nə ilə
nəticələnəcəyini indi söyləmək çətindir. Hər halda Azərbaycan ictimaiyyəti
gözləyir ki, bu görüş həmin problemin həllində irəliləyiş üçün yeni təkan
verəcəkdir".
Ramiz Mehdiyev qarşıdakı humanitar forumun orijinallığının
nədən ibarət olacağı barədə sualı şərh edərək deyib ki, bu forumun
orijinallığı onun bu qəbildən ilk forum olmasıdır. O, sözünün sonunda deyib:
"Əvvələn, bu, beynəlxalq forumdur. İkincisi, bir amili xüsusi vurğulamalıyıq ki,
bu forum iki prezidentin – Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə
keçirilir, iki dövlət belə bir beynəlxalq forum keçirilməsi məsuliyyətini öz
üzərinə götürmüşdür. Orijinallıq da elə bundadır. Bundan əlavə, bizim
ölkələrimizin prezidentlərinə qədər heç kəs bu ümumbəşəri, ümumdünya miqyaslı
qarşılıqlı humanitar əlaqələr problemini dünya ictimaiyyətinin müzakirəsinin
gündəliyinə daxil etməmişdir".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



