Fuad Qəhrəmanlı mitinq məsələsinə və sürdüyü maşının qiymətinə aydınlıq gətirdi

Fuad Qəhrəmanlı mitinq məsələsinə və sürdüyü maşının qiymətinə aydınlıq gətirdi

"İyunun 19-da İctimai Palatanın keçirəcəyi mitinqdə müxalifət liderlərinin iştirakı mümkün olmayacaq. Bu o halda halda mümkün ola bilər ki, ona partiya üzvləri bir ehtiyac hiss etsin. Bunun SİA-ya açıqlamasında AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı deyib.

O qeyd edib ki, indiki halda mitinqin daha çox partiya funksionerlərinin, partiya üzvlərinin iştirakı ilə keçirilməsi nəzərdə tutulur. "Partiya liderləri o zaman meydana çıxırlar ki, təhlükəsizlik təminatı məsələsi həllini tapsın", - deyən F.Qəhrəmanlı sabiq cəbhəçi Mirzə Sakitin onun və Əli Kərimovun ünvanına səsləndirdiyi ittihamlara loyal yanaşdığına da aydınlıq gətirib. Bildirib ki, biz ciddi siyasi proseslərə münasibət açıqlayırıq. "Siyasi prosesləri məişət dedi-qodu söhbətinə çəkmək doğru deyil. M.Sakitin mənim və mənim idarə etdiyim avtomobillə bağlı dediyi fıikirlərin heç birinin əsası yoxdur. Mənim idarə etdiyim avtomobil "Hyundai" markalı avtomobildir. Onun qiyməti də 49 min manat deyil. Eyni zamanda həmin markalı avtomobilin ən bahalısının qiyməti 37 min manat təşkil edir. F.Qəhrəmanlı olaraq idarə etdiyim avtomobilin qiyməti 19 min manatdır ki, onu da 5 illik müddətə kreditə götürmüşəm. Türkiyədə yaşayan qardaşım tərəfindən də həmin kredit borcu ödənilir. Həmçinin maşın da onun adınadır", - deyə əlavə edib.

Tapdıq Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə