Azərbaycan-Sloveniya biznes forumu keçirilib - FOTO

Azərbaycan-Sloveniya biznes forumu keçirilib - FOTO
İyunun 10-da Lyublyanada Azərbaycan-Sloveniya biznes forumu keçirilib.

SİA-nın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Sloveniya Prezidenti Danilo Türk biznes forumda iştirak ediblər.
Forum iştirakçıları Azərbaycanın və Sloveniyanın dövlət başçılarını hərarətlə qarşıladılar.
Biznes forumda hər iki ölkədən 200-ə yaxın iş adamı iştirak edib.
Prezidentlər biznes forumda çıxış etdilər.
Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər təşkil edilmiş, əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə