Xarici ölkələrin və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələrinin İctimai Palata üzvləri ilə görüşü başlayıb

Xarici ölkələrin və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələrinin İctimai Palata üzvləri ilə görüşü başlayıb

Müsavat Partiyasının qərargahında İctimai Palatanın bir qrup üzvü ilə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus rəhbərləri və nümayəndələrinin görüşü başlayıb. SİA-nın xəbərinə görə, ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə Cankorel, Avropa Şurası baş katibinin Azərbaycandakı nümayəndəsi Konstantin Erokostopulos, Böyük Britaniya səfiri Kerolayn Braun, Avropa Birliyi, Polşa, Almaniya, ABŞ, Fransa və Türkiyənin Azərbaycandakı diplomatik nümayəndəliklərinin təmsilçiləri görüş üçün artıq Müsavatın qərargahına gəliblər.

İctimai Palatanın üzvlərindən isə görüşə İsa Qəmbər, Əli Kərimli, Vidadi Mirkamal, Mehriban Vəzir və Zəfər Quliyev qatılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə