ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat veriblər

ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat veriblər

Xəbər verildiyi kimi ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Robert Bradke (ABŞ) və İqor Popov (Rusiya) münaqişə tərəfləri - Azərbaycan və Ermənistanda və münaqişə mərkəzi Dağlıq Qarabağda səfərdə olublar. SİA-nın gəldiyi qənaətə görə, bu səfər prezidentlərin Kazan görüşü ərəfəsində atılan ənənəvi addımlardan biridir.

Ermənistanda olan həmsədrlər səfərin yekunları ilə bağlı bəyanat veriblər. Onlar Kazan görüşü ərəfəsində təmas xəttində tərəfləri heç bir gərginləşdirici addımlar atmamağa çağırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə