Azərbaycanla Sloveniya arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün yaxşı potensial var - FOTOSESSİYA
Bu gün Azərbaycan prezidenti İLham Əliyev Sloveniyaya səfər edib. SİA-nın rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Sloveniya Respublikasının Prezidenti Danilo Türkün təkbətək görüşü olub.
Görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf
etdiyi bildirilib. Sloveniya Prezidenti Danilo Türkün Azərbaycana, Azərbaycan Prezidenti
İlham Əliyevin Sloveniyaya səfərlərinin əlaqələrimizin inkişafının genişlənməsi
işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub. Bildirildi ki, əlaqələrimizin
daha da genişləndirilməsi üçün yaxşı potensial vardır.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi
aparılıb.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Sloveniya Prezidenti Danilo Türk
qarşılıqlı olaraq dövlət hədiyyələrini təqdim ediblər.
Təkbətək görüş başa çatdıqdan sonra
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Sloveniya
Respublikasının Prezidenti Danilo Türkün nümayəndə heyətlərinin iştirakı ilə
geniş tərkibdə danışıqları olub.
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin
uğurla inkişaf etdiyi bildirilib. Azərbaycan ilə Sloveniya arasında əməkdaşlıq
əlaqələrinin genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib.
Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunublar.
Azərbaycan ilə Sloveniya arasında əməkdaşlığın Avropa İttifaqı çərçivəsində
əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətinin qeyd olunduğu görüşdə
"Şərq tərəfdaşlığı" Proqramının əhəmiyyətindən danışılıb.
Görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri ilə bağlı fikir
mübadiləsi aparılıb.
"Sloveniya Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlığa dair Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Sloveniyanın xarici işlər naziri Samuel Jboqar imzalayıblar.
"Sloveniya Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya"nı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Sloveniyanın iqtisadiyyat naziri xanım Darya Radiç imzalayıblar.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB