Azərbaycan Prezidenti portuqaliyalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti portuqaliyalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Portuqaliya Prezidenti Anibal Kavaku Silvanı təbrik edib. SİA-nın xəbərinə görə, təbrikdə deyilir: "Ölkənizin milli bayramı - Portuqaliya günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan ilə Portuqaliya arasındakı mövcud münasibətlərin, dostluq və əməkdaşlıq əlaqələrimizin inkişafı daim xalqlarımızın rifahına xidmət edəcəkdir".

İlham Əliyev Anibal Kavaku Silvaya möhkəm cansağlığı, işlərində uğurlar, dost Portuqaliya xalqına sülh və firavanlıq arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə