Edvard Nalbandyan: “Azərbaycan baza prinsiplərinin son variantına razılıq versə, o zaman münaqişənin həllində uğur əldə etmək mümkündür”

Edvard Nalbandyan: “Azərbaycan baza prinsiplərinin son variantına razılıq versə, o zaman münaqişənin həllində uğur əldə etmək mümkündür”

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Robert Bradtke və Bernar Fasyeni, həmçinin ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, görüş zamanı həmsədrlər prezidentlərin Kazan görüşündə münaqişənin nizamlanmasının baza prinsipləri məsələsində irəliləyiş əldə olunacağına ümidvar olduqlarını deyiblər. Öz növbəsində Edvard Nalbandyan bildirib ki, Ermənistan həmsədrlərin təqdim etdiyi baza prinsiplərinin son variantına öz dəqiq cavabını verib və Azərbaycan razılıq versə, o zaman uğur əldə olunması mümkündür.

Eyni zamanda Rusiya da Kazan görüşü barəsində öz münasibətini açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib ki, münaqişənin həlli prosesində irəliləyişə nail olunacağına ümidlər böyükdür: "Dağlıq Qarabağ münaqişəsinin həlli prinsiplərinin razılaşdırılmasını təxirə salmaq qeyri-səmərəli olardı. Prezidentlərin Dovil bəyanatı tərəflərə verdiyi işarə odur ki, razılaşmaq, bu prinsipləri qəbul etmək və daha böyük sənəd üzərində işləmək lazımdır. Bu sənəd həllinin parametrlərini müəyyənləşdirir".

Bütün xəbərlər Facebook səhifəmizdə