İyunun 11-də "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Ağsu arxeoloji ekspedisiyası Ağsu şəhərində KİV nümayəndələri üçün brifinq keçirəcək. Ağsu arxeoloji ekspedisiyasının rəis müavini, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix elmləri namizədi Fariz Xəlillinin SİA-ya verdiyi məlumata görə, brifinq "Ağsuda aparılan arxeoloji tədqiqatların ən yeni nəticələri" və "Şirvan xəzinəsinə aparan yollar" mədəni irs turlarının təqdimatına həsr olunub.Brifinq iştirakçıları yolüstü "Şirvan xəzinəsinə aparan yollar" mədəni irs turuna daxil olan Diri Baba türbəsini (Qobustan) və Şamaxı rayon Tarix Diyarşünaslıq Muzeyini ziyarət edəcəklər. İştirakçılar Ağsuda aparılan qazıntılarla, bərpa və konservasiya işləri ilə tanış olacaq, arzu edənlərə qazıntı işlərində iştirak etmək imkanı yaradılacaq. Mədəni irsin təbliğində fəal iştirak edən KİV nümayəndələrinə "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Ağsu arxeoloji ekspedisiyasının xüsusi diplomları təqdim ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB