Misir BMT-dən dəstək istəyib. SİA-nın məlumatına görə, Misirin baş naziri İsam Şərəf sentyabr ayında həyata keçiriləcək ümumi seçkilərdə dəstək qazanmaq üçün BMT-yə müraciət edib.
Məlumatda bildirilir ki, baş nazir BMT-nin İnkişaf Proqramının rəhbəri Helen Klarkla görüşüb. Görüş zamanı Misirə dəstək verilməsini istəyən İsam Şərəf bir sıra sahələrdə də BMT-nin təcrübələrinə ehtiyac duyduqlarını ifadə edib: \"Sentyabrda ölkədə ümumi seçkilərin keçirilməsi planlaşdırılır. Bu məqsədlə də BMT-nin dəstəyinə ehtiyacımız var. Belə ki, ölkə xaricində 6 milyon həmvətənimiz yaşayır. Onların bu seçkilərdə iştirakının təmin edilməsi üçün BMT-yə müraciət etmişik. Eyni zamanda, BMT-nin seçkilərlə əlaqədar təcrübələrindən yararlanmaq istəyirik. Düşünürəm ki, bu istiqamətdə nümunə götürəcəyimiz bir çox məsələlər var. Misirdə xalqla dövlətin arasında böyük bir etibarsızlıq var, bunun da əsas səbəbi Hüsnü Mübarək rejiminin qoyduğu izlərdir. Lakin etibarın yenidən bərpa olunması və demokratiyaya keçişin təmin edilməsi üçün əlimdən gələni etməyə hazıram\".
Qeyd edək ki, görüşün sonunda Helen Klark seçkilər ərəfəsində Misirə hərtərəfli dəstək verməyə hazır olduqlarını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB