Xarici diplomatlar "İstisu" mineral su zavoduna baş çəkiblər

Xarici diplomatlar "İstisu" mineral su zavoduna baş çəkiblər

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Kəlbəcərdəki "İstisu" mineral su zavoduna baş çəkiblər.

SİA-nın müxbirinin verdiyi xəbərə görə, diplomatlar müəssisənin fəaliyyəti, istehsal gücü və mineral suyun qablaşdırılması prosesi ilə tanış olublar.

Qonaqlara zavod və "İstisu" mineral su mənbələri haqqında məlumat verilib.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə