"Münasibətlərimiz tərəfdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır"

"Münasibətlərimiz tərəfdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır"

"Azərbaycan-Meksika münasibətləri dostluq, tərəfdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır." Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Meksikanın Azərbaycandakı Səfirliyinin Şuşada bu ölkənin Müstəqillik Günü münasibətilə təşkil etdiyi qəbulda deyib.

H.Hacıyev bildirib ki, hazırda Azərbaycan ilə Meksika arasında dostluq, tərəfdaşlıq, qarşılıqlı anlaşma və hörmətə əsaslanan münasibətlər mövcuddur. Onun sözlərinə görə, bu əlaqələrin mühüm tarixi təməli 1978-ci ildə Meksika prezidentinin Bakıya səfəri və 1982-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin SSRİ rəhbərliyində olduğu dövrdə Meksikaya səfəri ilə qoyulub.

H.Hacıyev qeyd edib ki, həmin tarixi təmaslar sonrakı dövrdə Azərbaycan-Meksika dostluğunun inkişafında mühüm rol oynayıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə