"Amerika Birləşmiş Ştatları ilə İran arasında davam edən müharibə, Amerikanın İrana qarşı tətbiq etdiyi güclü sanksiyalar, endirilən hərbi zərbələr, əlbəttə ki, İranın çox ciddi təpkiləri və qarşılıqları ilə nəticələnir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.
Onun sözlərinə görə, bu proses, əlbəttə ki, Azərbaycanla İran arasındakı münasibətlərə heç bir təsir göstərmir: "Çünki ilk növbədə Azərbaycan İranla səmimi dostluq və qardaşlıq, qonşuluq münasibətləri rolunda siyasət yürüdür və Azərbaycan hələ uzun illər bundan əvvəl heç bir zaman və elə sonrakı dövrlərdə də, yəni bugünkü son aylarda da heç bir zaman öz ərazilərindən İrana qarşı həyata keçirilən hərbi əməliyyatlara yol verməyibdir.
Azərbaycan İrana qarşı yalnız dostluq, qardaşlıq münasibətləri bəsləyibdir. Yəni bu proseslər Azərbaycana qarşı İran tərəfindən heç zaman yönələ bilməz. Çünki İran da yaxşı anlayır ki, Azərbaycan İranın ərazi bütövlüyünə, suverenliyinə, təhlükəsizliyinə hər hansısa bir təhdid yaradacaq heç bir addıma yol vermir və hər hansısa bir xarici ölkənin, hər hansısa bir beynəlxalq qüvvələrin İrana qarşı həyata keçirdiyi siyasətdə iştirak etmir.
Ona görə də biz Amerika Birləşmiş Ştatları-İran müharibəsi zamanı da birmənalı olaraq bu qaydalara tamamilə əməl etmişik, yəni Azərbaycan dövləti.
Ona görə də İranla Azərbaycan arasında bu məsələlər, yəni bu proses münasibətlərə heç bir, belə deyək, xələl gətirə bilməz. Eyni zamanda, bu gün blokadada olan İranın Azərbaycanla həm iqtisadi, həm tranzit, həm yükdaşımalar, qarşılıqlı idxal-ixrac əməliyyatları da əvvəlki qaydada davam edir.
Yəni İran məhsulları Azərbaycan üzərindən digər ölkələrə, belə deyək, göndərilir. Burada yükdaşımalar, ərzaq məhsulları və digər, belə deyək, məhsullar Azərbaycan üzərindən həm Rusiya, həm də elə qarşılıqlı digər ölkələrdən gələn məhsullar da Azərbaycan vasitəsilə, belə deyək, İrana gedir.
Ona görə də biz, yəni ölkələrimiz arasında iqtisadi münasibətlər əvvəlki qaydada davam edir. Tranzit yükdaşımaları, idxal-ixrac əməliyyatları, qarşılıqlı sərmayələrin qoyulması məsələləri də bura daxildir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB