"Azərbaycanın bu təcrübəsi Türkiyə üçün çox qiymətlidir" - türkiyəli nazirdən AÇIQLAMA
Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Trabzonda beynəlxalq media nümayəndələri üçün keçirilən mətbuat konfransında Azərbaycan barədə danışıb. Türkiyəli nazir bəyan edib ki, Azərbaycanın COP29-a hazırlıqda əldə etdiyi təcrübə Türkiyə üçün çox qiymətlidir.
M. Kurum qeyd edib ki, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və bu sahədə fəaliyyət göstərən müvafiq qurumlar Türkiyəyə yaxından dəstək verirlər.
"Şübhəsiz ki, birgə əməkdaşlığımız regionumuz üçün də həmrəylik nümunəsidir. Prezidentlərimizin yüksək səviyyədə əməkdaşlığı sayəsində Azərbaycanla strateji tərəfdaşlıq çərçivəsində bütün sahələrdə fəaliyyətimizi daha da gücləndiririk", - deyə nazir vurğulayıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB