"Türk dünyasında artan siyasi həmrəylik" - POLİTOLOQ

"Türk dünyasında artan siyasi həmrəylik" - POLİTOLOQ

"Cənab Prezident İlham Əliyevin Özbəkistana səfəri və Özbəkistan Prezidentinə Azərbaycanın ən ali dövlət təltifi olan “Heydər Əliyev” ordeninin təqdim edilməsi, eyni zamanda Özbəkistanın ali dövlət mükafatının cənab Prezidentə təqdim olunması, təbii ki, iki dövlət arasındakı münasibətlərə yeni dinamika qazandırır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, bu, həm də iki strateji müttəfiq ölkənin Türk dünyasında artan siyasi həmrəyliyinin mühüm mesajıdır:

"Hesab edirəm ki, bu münasibətlər digər Türk dövlətləri üçün də nümunə olmalı və Azərbaycanın təşəbbüsü ilə daha da inkişaf edən Türk dünyasında yeni bir prosesin başlanğıcı kimi qiymətləndirilməlidir. Real olaraq göründüyü kimi, Azərbaycan Prezidenti siyasi iradə nümayiş etdirərək ölkələrarası əlaqələrin möhkəmləndirilməsi istiqamətində səmimi və çevik addımlar atır. Bu isə Türk dünyasının inteqrasiya prosesində mühüm amildir.

Hesab edirəm ki, Azərbaycanla Özbəkistan arasında formalaşan strateji müttəfiqlik münasibətləri yalnız iki ölkə arasındakı əlaqələrin inkişafı baxımından deyil, bütövlükdə Türk birliyinin möhkəmləndirilməsi baxımından da mühüm mesaj kimi qiymətləndirilə bilər".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə