Azərbaycan–Qırğızıstan münasibətləri: ortaq tarixə söykənən strateji tərəfdaşlıq - MƏQALƏ
Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər ortaq tarixi, milli-mənəvi dəyərlər, türk dünyasının birliyi və qarşılıqlı etimada əsaslanan möhkəm təməl üzərində inkişaf edir. Müstəqillik illərində iki qardaş ölkə arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq, humanitar əlaqələr və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək davamlı şəkildə genişlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.Azərbaycanın müstəqilliyinin ilk illərində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət kursu ölkəmizin bütün dost və qardaş dövlətlərlə, o cümlədən Qırğızıstanla münasibətlərinin möhkəm əsaslar üzərində qurulmasına imkan yaratdı. Ümummilli Lider türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsini Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirmiş, qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və ortaq milli-mədəni dəyərlərə söykənən əlaqələrin inkişafına xüsusi önəm vermişdir. Məhz həmin siyasi kurs bu gün də uğurla davam etdirilir və Azərbaycan–Qırğızıstan münasibətlərinin inkişafında mühüm rol oynayır.Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi çoxşaxəli xarici siyasət nəticəsində qardaş türk dövlətləri ilə əməkdaşlıq yeni mərhələyə qədəm qoymuşdur. Bu gün Azərbaycan və Qırğızıstan siyasi, iqtisadi, nəqliyyat-logistika, enerji, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığı daha da genişləndirir. Hər iki ölkə Türk Dövlətləri Təşkilatı çərçivəsində də sıx əməkdaşlıq edir, türk dünyasının inteqrasiyasının gücləndirilməsi istiqamətində ortaq təşəbbüslərlə çıxış edir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30–31 iyul 2026-cı il tarixlərində Qırğızıstana həyata keçirdiyi dövlət səfəri iki ölkə münasibətlərinin inkişafında mühüm mərhələ oldu. Səfər çərçivəsində Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə keçirilən görüşlərdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri ətraflı müzakirə edildi, müxtəlif sahələri əhatə edən sənədlər imzalandı və əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı mühüm razılaşmalar əldə olundu. Dövlət başçılarının mətbuata bəyanatlarında Azərbaycan–Qırğızıstan münasibətlərinin strateji xarakter daşıdığı, qarşılıqlı etimad və qardaşlıq prinsiplərinə əsaslandığı xüsusi vurğulandı. Səfər zamanı nəqliyyat və logistika marşrutlarının inkişafı, Orta Dəhlizin imkanlarının genişləndirilməsi, investisiya əməkdaşlığı, enerji, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar, təhsil və humanitar əlaqələrin gücləndirilməsi əsas müzakirə mövzularından biri oldu. Bu istiqamətlər üzrə əldə olunan razılaşmalar gələcək illərdə iki ölkə arasında iqtisadi münasibətlərin daha da dərinləşəcəyini göstərir.Azərbaycan və Qırğızıstan beynəlxalq təşkilatlarda da bir-birinin ərazi bütövlüyünü, suverenliyini və milli maraqlarını ardıcıl şəkildə dəstəkləyirlər. Bu qarşılıqlı etimad və həmrəylik regionda sülhün, sabitliyin və davamlı inkişafın təmin olunmasına da mühüm töhfə verir.Bu gün Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirməsi nəticəsində Azərbaycanın türk dünyasında nüfuzu daha da möhkəmlənmiş, qardaş dövlətlərlə münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir. Azərbaycan–Qırğızıstan münasibətləri də məhz bu strateji baxışın bariz nümunələrindən biridir. Şübhəsiz ki, ortaq tarix, dil, mədəniyyət və qardaşlıq dəyərlərinə söykənən Azərbaycan–Qırğızıstan əlaqələri bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək, iki ölkənin xalqlarının rifahına, Türk Dövlətləri Təşkilatının güclənməsinə və regionda əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfələr verəcəkdir.
YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB