Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib -YENİLƏNİB
İyulun 31-də Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib.
SİA xəbər verir ki, Qırğızıstan Prezidenti iclasda çıxış etdi.
-Hörmətli İlham Heydər oğlu.
Azərbaycan nümayəndə heyətinin hörmətli üzvləri.
Bizim incimiz olan İssık-Kul gölünün sahilində Sizi salamlamaqdan səmimi-qəlbdən şadam.
Qırğızıstana dövlət səfəri barədə dəvətimi qəbul etdiyinizə görə minnətdarlığımı bildirirəm. Qırğızıstanda Sizə - qardaş Azərbaycanın liderinə və qırğız xalqının əziz dostuna böyük hörmət bəsləyirlər. Sizin rəhbərliyinizlə Azərbaycan inamla inkişaf edir, beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirir, regionda sülhün və sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bu gün ölkə böyük təəssürat doğuran nəticələr nümayiş etdirir, ardıcıl olaraq genişmiqyaslı islahatlar həyata keçirir və milli maraqlarını qətiyyətlə müdafiə edir. Bu son nailiyyətlər Azərbaycan xalqının Ümummilli Lideri, atanız hörmətli Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təməl üzərində qurulub. Bu quruculuq yolu davam edir. Siz ölkənin gələcək inkişafını təmin edir, regional və beynəlxalq proseslərdə onun rolunu möhkəmləndirirsiniz.
Qırğızıstan ilə Azərbaycanı tarixi köklər və mənəvi yaxınlıq birləşdirir. Bizim dəyərlərimiz öz əksini iki xalqın zəngin mədəni irsində tapıb. Dahi Nizami Gəncəvinin dediyi kimi: “Qazanılan hər bir dost səmanın bəxş etdiyi bir nemətdir”. Xüsusi qürur hissi ilə qeyd etmək istərdim ki, Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb.
Hörmətli İlham Heydər oğlu, Sizin səfəriniz Qırğızıstan-Azərbaycan münasibətlərinin xüsusi xarakterini bir daha təsdiqləyir. Biz möhkəm dostluq və qarşılıqlı hörmət təməlinə əsaslanan ikitərəfli qarşılıqlı fəaliyyətin inkişafında yeni bir mərhələyə qədəm qoyuruq. Qırğızıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığımızın inkişafına mane ola biləcək həll edilməmiş heç bir məsələ yoxdur. Əksinə, tam etimad və açıqlıq mühiti yaranıb ki, bu da bizə inamla irəliləməyə imkan verir.
Məhz belə bir ab-havada ikitərəfli əməkdaşlığın gələcəyini formalaşdıran mühüm prinsiplər və təşəbbüslər yaranır, qərarlar qəbul edilir. Əldə edilən bütün razılaşmaların birgə inkişafa və ortaq məqsədlərə çatmaq üzrə səmimi səylərə əsaslanması xüsusilə vacibdir. Qırğız-Azərbaycan əməkdaşlığı nəqliyyat, energetika, investisiya, təhlükəsizlik, təhsil və digər sahələrdə qarşılıqlı fəaliyyətin daha da genişlənməsi üçün əhəmiyyətli potensiala malikdir.
Hesab edirəm ki, bugünkü danışıqlar ənənəvi olaraq etimad və konstruktiv ab-havada keçəcək. Danışıqların yekunlarına dair ikitərəfli əlaqələrin daha da inkişafına yönəlmiş mühüm razılaşmalar əldə ediləcək. Onların ardıcıl həyata keçirilməsi ümumi məqsədimizə - Qırğızıstanın və Azərbaycanın qardaş xalqlarının rifahının yüksəldilməsinə töhfə verəcək. Əsas siyasi nəticə isə müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması olacaq.
Hörmətli İlham Heydər oğlu, Sizi və Azərbaycan nümayəndə heyətinin bütün üzvlərini qonaqpərvər Qırğız torpağında bir daha səmimi-qəlbdən salamlayıram.
Möhtərəm İlham Heydər oğlu, buyurun, sözü Sizə verirəm.
x x x
Sonra Azərbaycan Prezidenti çıxış etdi.
-Hörmətli Sadır Nurqojoyeviç.
Əziz dostlar.
Əvvəlcə, qardaş Qırğızıstana dövlət səfərinə dəvətə, mənə və nümayəndə heyətinin üzvlərinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istərdim. Bu, gözəl ölkənizə ilk səfərim deyil, amma təcrübəmə əsaslanaraq deyə bilərəm ki, Sizin rəhbərliyinizlə təkcə bu bölgədə deyil, bütün ölkədə gedən inkişaf məndə böyük təəssürat yaradıb. Əvvəlcə, Sizi və bütün qardaş Qırğızıstan xalqını sosial-iqtisadi inkişaf, ölkənin iqtisadi potensialının möhkəmləndirilməsi, beynəlxalq məsələlərdə rolunun artırılması üzrə əldə olunan böyük nailiyyətlər münasibətilə təbrik etmək istərdim.
Sizin dostlarınız və qardaşlarınız olaraq, hər bir uğurunuza daim sevinirik və həm inşaat sektorunda, həm də vəsaitlərin xalqın və ölkənin rifahına xərclənməsinə imkan verən maliyyə, büdcənin doldurulması sahəsində Sizin fəaliyyətinizin nəticələri aydın şəkildə görünür. Bu, bizdə sevinc hissi doğurur. Çünki biz dost, qardaşıq, xalqlarımızı ortaq köklər birləşdirir və qardaş ölkənin uğurunu öz uğurumuz hesab edirik.
Qarabağın bərpasında köməyə görə təşəkkürümü bildirmək istərdim. Ağdam bölgəsində Sizinlə birlikdə açılışını etdiyimiz məktəb Manasın adını daşıyır, orada uşaqlar artıq təhsil alırlar. Bu məktəb qardaşlığımızın daha bir rəmzidir, həmçinin xalqlarımızın birliyinin abidəsi kimi daim qalacaqdır. Təkcə Qarabağın deyil, bütün Azərbaycanın sakinləri bunu qiymətləndirirlər. Mən, həmçinin şadam ki, humanitar sahədə əlaqələrimiz uğurla inkişaf edir: bu yaxınlarda Azərbaycanda keçirilən Qırğızıstan Mədəniyyəti Günləri və Qırğızıstanda Azərbaycan Günləri mədəniyyətimizin necə zəngin olduğunu və xalqlarımızın yaradıcılıq potensialını tam şəkildə üzə çıxaran belə tədbirlərin vacibliyini bir daha nümayiş etdirdi.
Siz müxtəlif sahələrdə əməkdaşlığı qeyd etdiniz. Əlbəttə, mən bütün sahələrdə qarşıya qoyduğumuz məqsədlərin hamısına nail olunacağına əminəm. Şadam ki, Qırğız-Azərbaycan Fondu uğurla fəaliyyət göstərir. Fondun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik və bir neçə layihə artıq həyata keçirilir. Əminəm ki, Fond inkişaf etdikcə, layihələrin sayı da artacaq. Bu, ortaq məqsədlərimizə xidmət edəcək.
Sevinirəm ki, Azərbaycan, həmçinin İssık-Kulun infrastrukturunun, burada turizmin inkişafında da iştirak edib. Bu gün həmkarlarımızla birlikdə beşulduzlu “Bakı” hotelini açacağıq. Bu da dost-qardaş münasibətlərinin təzahürüdür, həmçinin Azərbaycanın İssık-Kulun turizm potensialının inkişafına kiçik töhfəsidir. Dünən Sizinlə aeroportdan gələndə gördüklərim - həm inşaat, həm də infrastruktur layihələri çox böyük təəssürat yaratdı.
Dünən birlikdə qolf oyunu üçün hər cür şəraitin yaradıldığı əraziyə baş çəkdik. Bu şərait beynəlxalq səviyyəlidir. Sizi bu nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Bütün bunlarda məhz Sizin xalqınıza və ölkənizə şəxsi sədaqətiniz, inkişafı sürətləndirmək səyləriniz hiss olunur. Siz buna nail olursunuz. Biz buna səmimi-qəlbdən sevinirik. Əlbəttə, Siz artıq qeyd etdiyiniz kimi, münasibətlərimizi müttəfiqlik səviyyəsinə yüksəldirik. Bu, qarşılıqlı fəaliyyətin ən yüksək səviyyəsidir. Bu, həm münasibətlərimizin xarakterini, həm də ruhunu əks etdirir.
Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm və əminəm ki, mənim dövlət səfərimin nəticələri qardaş münasibətlərimizin bundan sonra da möhkəmlənməsinə xidmət edəcək. Sağ olun.
x x x
Prezident Sadır Japarov: Hörmətli İlham Heydər oğlu, mühüm dəyərləndirmələrə və Qırğızıstan-Azərbaycan qarşılıqlı fəaliyyətinin yüksək səviyyəsini qeyd etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Azərbaycan XİN Uruqvayı təbrik edib
Siyasət 10:53KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq
İqtisadiyyat 10:13Rusiya dron hücumlarından şikayətlənir
Dünya 10:11ABŞ Suriyanın adını bu siyahıdan çıxartdı
Dünya 03:02Səudiyyə Ərəbistanına məxsus tanker vurulub
Dünya 02:02Ana və qızı eyni vaxtda tələbə oldular...
Təhsil 01:20ABŞ İranla bağlı 60 təşkilata sanksiya tətbiq etdi
Siyasət 01:03Maradonanın topu 3,3 milyon dollara satıldı
İdman 00:21Heydər Əliyev Mərkəzi Ukrayna bayrağına bürünüb
Siyasət 00:03"Əminəm ki, komandam bunun öhdəsindən gələ biləcək"
İdman 24 Avqust 23:31Fransada yuxarı sinif şagirdləri üçün mobil telefondan istifadə qadağan edildi
Təhsil 24 Avqust 23:19Tofiq Bakıxanov harada dəfn olunacaq?
Mədəniyyət 24 Avqust 23:03Tokayev payızda İrəvana gedəcək
Dünya 24 Avqust 22:31Bakıda 40 küçənin təmiri başa çatdırılıb- AÇIQLAMA
Sosial 24 Avqust 22:19Azərbaycan vətəndaşı Rusiyadan ekstradisiya olunacaq - Baş Prokurorluq
Sosial 24 Avqust 22:02Lamborghini müştəriləri dinlədi...
Texnologiya 24 Avqust 21:51Həkim düzgün qidalanmanın dərini necə dəyişdirdiyini izah etdi...
Səhiyyə 24 Avqust 21:28Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub
Siyasət 24 Avqust 21:02ABŞ ən qəribə UNO-lar haqqında məlumatları açıqlayıb...
Texnologiya 24 Avqust 20:49The Wall Street Journal: Putin zəifliyini göstərdi...
Dünya 24 Avqust 20:26Onlar hökumətsiz qalacaqlarmı? Sentyabr ayında ABŞ-ı nə gözləyir?
Dünya 24 Avqust 20:07Foreign Affairs: Cənubi Koreya nüvə gücünə çevrilməlidir...
Dünya 24 Avqust 19:51Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
Siyasət 24 Avqust 19:46“Rusiya tələyə düşdü...”
Dünya 24 Avqust 19:28CNN: Putin “qara avqust”u gizlətməyə çalışır...
Dünya 24 Avqust 19:07“AzInTelecom”un kibertəhlükəsizlik xidməti qlobal səviyyədə tanınıb
Texnologiya 24 Avqust 18:54Bura Rusiyadır, oğul...
Dünya 24 Avqust 18:49Ali məktəblərə ixtisas seçiminin nəticələri elan olunub
Təhsil 24 Avqust 18:43"Süni intellekt və Sintetik Zəka": YYSİB-nin yeni kreativ -innovativ layihəsi
Sosial 24 Avqust 18:41121 909 nəfər I sinfə qəbul üçün elektron sistem vasitəsilə sorğu yaradıb
Təhsil 24 Avqust 18:32Şirinçaysız nə həyat? Rusların şirin həyatlarının sonu..?
İqtisadiyyat 24 Avqust 18:27Çin mənşəli 4 qida məhsulunda uyğunsuzluq aşkarlanıb
Sosial 24 Avqust 18:21Bu il 44 min uşaq bağçalara qəbul olunub
Sosial 24 Avqust 18:17Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?
Dünya 24 Avqust 18:06"Türk dünyasında artan siyasi həmrəylik" - POLİTOLOQ
Siyasət 24 Avqust 18:05Ağdamda açıq sahədə yanğın başlayıb
Hadisə 24 Avqust 18:01Bakıda bu küçədə hərəkət iki gecə məhdudlaşdırılacaq
Sosial 24 Avqust 17:57“Lombard” kreditinə illik 10%-dək endirim - ŞƏRTLƏR
İqtisadiyyat 24 Avqust 17:52Tramp: İran tamamilə çökür
Dünya 24 Avqust 17:48Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib
Siyasət 24 Avqust 17:45Hansı qidalar əti əvəzləyə bilər? - MÜTƏXƏSSİS AÇIQLADI
Səhiyyə 24 Avqust 16:48Kiselyov "Rossiya" telekanalından qovuldu
Dünya 24 Avqust 16:25Paşinyan: "Ermənistanın KTMT-dən çıxarılmasını alqışlayacağam"
Dünya 24 Avqust 16:22"Azərbaycan–Özbəkistan münasibətləri artan templə inkişaf edir" - İQTİSADÇI
İqtisadiyyat 24 Avqust 16:19“Böyük Qayıdış proqramının icrası çox mühüm və uzunmüddətli prosesdir” - ŞƏRH EDİLDİ
Siyasət 24 Avqust 16:12İş saatları artır, bəs gəlirlər? 144 saatlıq göstərici nə deyir? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 24 Avqust 16:05"Dondurulmuş qidalar təzə məhsullardan daha faydalı ola bilər" - QİDA MÜTƏXƏSSİSİ
Sosial 24 Avqust 15:36Psixoloji baxımdan ideal məzuniyyət nə qədər davam etməlidir? - PSİXOLOQ AÇIQLADI
Sosial 24 Avqust 14:11İdman həyat keyfiyyətinin yüksəlməsinə xidmət edir
Sosial 24 Avqust 14:10“Bu məqam Azərbaycan-Özbəkistan münasibətlərinin əhəmiyyətini daha da artırır” - ŞƏRH EDİLDİ
Siyasət 24 Avqust 14:03Paraüzgüçülərimiz Avropa çempionatına hazırlaşırlar
İdman 24 Avqust 13:56“Bu, Azərbaycan–Özbəkistan əlaqələrində yeni mərhələnin başlanğıcıdır” - ŞƏRH
Siyasət 24 Avqust 13:37Somali "pirat"ları İran tankerini qaçırıblar
Dünya 24 Avqust 13:21Nadir Azəri: Azərbaycan Rusiya–Ukrayna sülhü üçün uğurlu vasitəçi ola bilər
Siyasət 24 Avqust 13:09“Həkimlərimizi tanıyın!” rubrikamızda
Səhiyyə 24 Avqust 13:09Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir
Sosial 24 Avqust 12:59BMT TŞ Rusiyanın təcavüzünü müzakirə edəcək
Dünya 24 Avqust 12:58Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır - MƏQALƏ
Siyasət 24 Avqust 12:56Mərakeşdən İspaniyaya ərazi iddiası - QALMAQAL
Dünya 24 Avqust 12:54Ermənistan Rusiyadakı səfirini niyə geri çağırdı?
Siyasət 24 Avqust 12:47Histeroskopiya nədir?
Səhiyyə 24 Avqust 12:41"İnhalyasiya müalicəsindən özbaşına istifadə etmək olmaz" - HƏKİM
Səhiyyə 24 Avqust 12:29“Türk Dövlətləri Təşkilatında media və informasiya təhlükəsizliyi”
Sosial 24 Avqust 12:16“Azərbaycan-Özbəkistan münasibətləri tərəfdaşlıqdan nəticə verən müttəfiqliyə keçib” - ŞƏRH
Siyasət 24 Avqust 12:13"Azərbaycan–Özbəkistan münasibətləri strateji müttəfiqlik mərhələsinə yüksəlir" - POLİTOLOQ
Siyasət 24 Avqust 11:23İrandan Azərbaycana külli miqdarda narkotikin keçirməsinin qarşısı alınıb
Hadisə 24 Avqust 11:13Sabah bütün sosial ödənişlər yekunlaşdırılacaq
Sosial 24 Avqust 11:13İsrail Qərbdə mövqeyini qorumaq üçün islamofobiyaya ümid edir
Dünya 24 Avqust 11:10İlham Əliyev Volodimir Zelenskini Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib
Siyasət 24 Avqust 11:09Azərbaycan nümayəndə heyəti Buxarada tarixi Ark qalasını ziyarət edib
Siyasət 24 Avqust 11:07İran ABŞ-ın iqtisadi müharibəsinə qoşulan ölkələri düşmən elan etməklə hədələyib
Dünya 24 Avqust 11:04Ukrayna dronlarla Dağıstandakı “Ozon” anbarına zərbə endirib
Dünya 24 Avqust 11:01Yeni ev almaq istəyənlər nəyə diqqət etməlidir? - ARAŞDIRMA
Sosial 24 Avqust 10:56Suriya və İsrail İordaniyada ABŞ vasitəçiliyi ilə danışıqlar aparıb
Dünya 24 Avqust 10:56Pakistanın ordu rəhbəri İrana səfər edib
Dünya 24 Avqust 10:51Psixoloji tükənmə birdən-birə yaranmır - PSİXOLOQ AÇIQLADI
Sosial 24 Avqust 10:45İraqdan İrana və Səudiyyə Ərəbistanına “Birgə Təhlükəsizlik Şurası” təklifi
Dünya 24 Avqust 10:37Milli Məclisin deputatları Qazaxıstandakı seçki prosesini izləyiblər
Sosial 24 Avqust 10:07Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Sosial 24 Avqust 10:05BDYPİ-dən yol hərəkəti iştirakçılarına müraciət: Sükan arxasında telefondan istifadə etməyin
Sosial 24 Avqust 09:37Bakı və bu bölgələrdə işıq olmayacaq- XƏBƏRDARLIQ
Sosial 24 Avqust 06:05"Danışıqları bloklayır" - Finlandiya Prezidenti Putini HƏDƏF ALDI
Dünya 24 Avqust 05:04Özəl xəbərlər
Digər xəbərlər"Türk dünyasında artan siyasi həmrəylik" - POLİTOLOQ
Siyasət 24 Avqust 18:05Hansı qidalar əti əvəzləyə bilər? - MÜTƏXƏSSİS AÇIQLADI
Səhiyyə 24 Avqust 16:48"Azərbaycan–Özbəkistan münasibətləri artan templə inkişaf edir" - İQTİSADÇI
İqtisadiyyat 24 Avqust 16:19“Böyük Qayıdış proqramının icrası çox mühüm və uzunmüddətli prosesdir” - ŞƏRH EDİLDİ
Siyasət 24 Avqust 16:12
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9814
-0,23%
-
GBP
2,3163
-0,16%
-
RUB
2,0293
-1,04%
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



