Azərbaycan Diaspor Gəncləri (ADG) cari ilin avqustun 12-14-də İsveçrənin Cenevrə şəhərində keçiriləcək Beynəlxalq Gənclər Assambleyasında (International Youth Assembly) iştirak etmək hüququ qazanıb.
Bu barədə SİA-ya Diasporla İş üzrə Dövlət Komitəsndən məlumat verilib.
Bildirilib ki, avqustun 12-də Beynəlxalq Gənclər Günündə başlayacaq Assambleya dünyanın 100-dən çox ölkəsindən 500-dən artıq gənc lideri bir araya gətirəcək. Tədbirdə iştirakçılar arasında bilik və təcrübə mübadiləsinin təşviqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində dialoq və tərəfdaşlıqların gücləndirilməsi, həmçinin qlobal çağırışların həllinə yönəlmiş innovativ təşəbbüslərin dəstəklənməsi nəzərdə tutulur.
Assambleyada ADG-nin 5 gənc üzvü ölkəmizi təmsil edəcək. Bu münasibətlə ADG-nin loqosu Beynəlxalq Gənclər Assambleyasının 31-ci sessiyasının rəsmi reklam lövhəsində ("Brandwall") yer alıb. Bu, Azərbaycan diaspor gənclərinin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.
ADG-nin bu mötəbər platformada iştirakı onların qlobal gənclər şəbəkələrinə inteqrasiyasına, yeni tərəfdaşlıqların qurulmasına və ölkəmizin dünya miqyasında daha geniş təbliğ olunmasına mühüm töhfə verəcək.
Qeyd edək ki, ADG üzvlərinin Beynəlxalq Gənclər Assambleyasında iştirakı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)


USD
EUR
GBP
RUB