Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdi. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik dövrükimi xarakterizə edilir. Həmin dövrdə yeniyaradılmış müstəqil dövlətə idarəçilikdən xəbərsiz, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adivəziyyətdən belə çıxış yolu tapmağı bacarmayan şəxslərin rəhbərlik etməsi Azərbaycanı böyük təhlükələrlə, faciələrlə üz-üzə qoymuşdur. Ölkədə xaos, anarxiya, özbaşınalıqlar baş alıb gedir, Ordu torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət edir, ərazilərimiz Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunur, getdikcə gərginləşən iqtisadi-siyasi, sosial vəziyyət ölkəni bubəlalardan, faciələrdən xilas edə biləcək, xalqı özarxasınca aparmağa qadir Liderə ehtiyac olduğunuşərtləndirirdi. Bu vəziyyətdən çıxış yolunu axtaranAzərbaycan xalqı xilasını yalnız Ümummilli Lider Heydər Əliyevdə gördü. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. O, Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. 1993-cü il15 İyun xalqımız üçün əsl qurtuluş tarixidir. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmişdir. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentininsəlahiyyətləri Ali Sovetin Sədri Heydər Əliyevə verilmişdir. 1997-ci ilin iyun ayında isə MilliMəclis 15 iyun gününü bayram günü elanetmişdir.
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunubsaxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən çıxmasına həsr olunacaqdır” söyləyən ÜmummilliLider Heydər Əliyev problemlərin həlli üçün, ilknövbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu, gələcək inkişaf üçünmöhkəm təməllər yaratdı. Bu istiqamətdə atılan ilkmühüm addım 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması oldu. 1995-ci ilinnoyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən yeni Konstitusiya qəbul olundu. Eynizamanda, zəruri islahatlar aparılması üçünnormativ-hüquqi bazanın formalaşdırılmasına startverildi. Milli Qurtuluş Günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtularaq sabitliyə, əmin-amanlığa, inkişafaqovuşmasının əsasının qoyulduğu, ölkəmizin taleyinin dəyişdiyi gündür.
Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan UluÖndər Heydər Əliyev bütün dünyadaAzərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir.
Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artandövlətinə çevrilib. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir. Ümummilli Liderin ən böyükarzusu Şuşanı, Qarabağı və Zəngəzuru azadgörmək idi. Prezident, Müzəffər Ali BaşKomandan İlham Əliyev bu arzunu reallığa çevirdivə 2020-ci il 8 noyabr tarixində Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqaçatdırarkən bildirmişdir: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhuqarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu günşəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözünaydın olsun Azərbaycan! Gözünüz aydın olsundünya azərbaycanlıları!”
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB