“Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin ən əlamətdar səhifələrindən biridir” -VÜQAR ZEYNALOV
“Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin ən əlamətdar səhifələrindən biridir”.
SİA xəbər verir ki, bu sözləri Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov İyunun 10-da Yeni Azərbaycan Partiyası (YAP) və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş məfkurəsi: xilaskarlıq missiyasından Zəfər salnaməsinə” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, 1993-cü ildə ölkədə yaranmış ağır ictimai-siyasi böhran Azərbaycan dövlətçiliyini ciddi təhlükə ilə üz-üzə qoymuşdu. Məhz belə bir taleyüklü məqamda xalqın tələbi ilə Ümummilli Lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıdaraq ölkəni böhrandan çıxardı və sabitlik, inkişaf yolunun əsasını qoydu.
V.Zeynalov qeyd edib ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclənib, beynəlxalq nüfuzu artıb və milli maraqlar qətiyyətlə qorunub.
Vüqar Zeynalov vurğulayıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub.
V.Zeynalov əlavə edib ki, bu gün Azərbaycan regionun lider dövləti kimi mühüm beynəlxalq layihələrdə iştirak edir. Onun fikrincə, əldə olunan bütün uğurların təməlində Milli Qurtuluş Günündə əsası qoyulan möhkəm dövlətçilik prinsipləri dayanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB