ABŞ ilə İsrailin fevralın 28-də İrana hücumundan sonra başlayan müharibəyə görə Niderlandın İslam Respublikasında səfirliyi Azərbaycanda fəaliyyət göstərirdi və artıq Tehrandakı işini bərpa edib. Bu barədə Niderlandın Azərbaycandakı səfirliyi X sosial şəbəkə hesabında məlumat yayıb.
"Müvəqqəti olaraq Azərbaycandan fəaliyyət göstərdikdən sonra Niderland Krallığının İrandakı Səfirliyi 7 iyun 2026-cı il tarixindən etibarən Tehranda fəaliyyətini bərpa edib", - məlumatda bildirilib. Paylaşımda dəstəyə görə Azərbaycana təşəkkür də yer alıb.
Xatlırladaq ki, martın 10-da Niderlandın İrandakı diplomatik missiyasının rəhbəri Emil De Bont Tehrandakı səfirliyin müvəqqəti olaraq Azərbaycanda fəaliyyət göstərəcəyini açıqlayıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB