"Münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib" - Britaniyalı nazir
Böyük Britaniyanın müdafiə məsələləri üzrə dövlət naziri Lord Vernon Koaker Londonda Azərbaycanın müstəqilliyinin 108-ci ildönümünə həsr edilmiş rəsmi qəbul zamanı çıxışında Azərbaycanla münasibətlər barədə danışıb. İngilis nazir bildirib ki, Azərbaycan Böyük Britaniya üçün təhlükəsizlik və diplomatiya sahələrində vacib tərəfdaşdır.
“Fəxr edirəm ki, təmsil etdiyim Britaniya hökuməti Azərbaycanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməkdədir.
Bu, ölkələrimizə müdafiə və təhlükəsizlik, ticarət, investisiya, iqtisadi artım, eləcə də innovasiya və təhsil sahələrində daha geniş əməkdaşlığa imkan verəcək. Bu prioritetlər iki ölkə arasında artan yüksəksəviyyəli səfərlərdə müzakirə edilir”, - o bildirib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB