“Böyük Qayıdış çərçivəsində məşğulluq və dayanıqlı həyat təmin olunur” - EMİN HÜSEYNOV
“Artıq 5000-dən çox iş yerinin yaradılması nəzərdə tutulduğu halda, hazırda 1000-dən çox iş yeri fəaliyyət göstərir. Bu iş yerlərində ilk növbədə köç etmiş sakinlər, eləcə də ətraf ərazilərdən gələn insanlar çalışırlar”.
SİA xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi, Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, həmin şəxslər əmək fəaliyyəti ilə məşğuldur, əməkhaqqı alır və ailələrinin dolanışığını təmin edirlər. Bu proses “ləyaqətli köç” konsepsiyasının əsas nümunələrindən biri kimi dəyərləndirilir.
Emin Hüseynov qeyd edib ki, əsas hədəf Böyük Qayıdış üzrə Birinci Dövlət Proqramında nəzərdə tutulan məqsədlərin icrasını təmin etməkdir.
Onun sözlərinə görə, proses mərhələli şəkildə davam edir və hazırda icra mərhələsində olan layihələrlə bağlı əlavə detallı məlumatların verilməsi məhdudlaşdırılıb.
O əlavə edib ki, Böyük Qayıdış üzrə İkinci Dövlət Proqramı hazırlandıqca ictimaiyyətə müvafiq məlumatlar təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB