Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə yeni səlahiyyət verilib
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə yeni səlahiyyət verilib.
SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsinin təkmilləşdirilməsi və "Feldyeger rabitəsi haqqında" qanunun tətbiq edilməsi barədə" fərmanında dəyişiklik edib.
Fərmana əsasən, Dövlət Xidməti İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla göstərdiyi xidmətlər üçün yeni tarifləri təsdiq edəcək. Bu müddətdə Dövlət Xidmətinin göstərdiyi xidmətlər üçün mövcud tariflər öz hüquqi qüvvəsini saxlayacaq.
Eyni zamanda, bu səlahiyyət Tarif (qiymət) Şurasından alınaraq Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə verilib.
Dövlət Xidməti göstərdiyi xidmətlərin tariflərini dörd ay müddətində təsdiqləyib Azərbaycan Prezidentinə məlumat verməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB