Mayın 17-də Bakıda işə başlayan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) dünya mediasının diqqət mərkəzindədir. SİA xəbər verir ki, beynəlxalq media qurumlarının Sessiya ilə bağlı yayımladıqları materiallarda Azərbaycanın bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyi vurğulanıb, tədbirin iştirakçı ölkələrin bu sahədə atdıqları addımların təqdim olunması, eləcə də əməkdaşlıqların qurulması və dərinləşdirilməsi baxımından mühüm platforma olduğu qeyd edilib.
Pakistanın "The Nation", "Daily Times", "The News" nəşrlərində dərc olunan məqalələrdə qardaş ölkənin WUF13-də nazirlər və digər yüksəkvəzifəli rəsmilərdən ibarət geniş nümayəndə heyəti ilə təmsil olunduğu bildirilib. Xəbərlərdə Pakistanın Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifin Pəncabın əlçatan mənzil layihəsini beynəlxalq auditoriyaya təqdim edəcəyi diqqətə çatdırılıb. Eyni zamanda, materiallarda WUF13-ün beynəlxalq əhəmiyyətli platforma olduğu, Sessiyanın dünya liderlərini, investorları və şəhərsalma ekspertlərini bir araya gətirdiyi vurğulanıb. Bundan başqa, Azərbaycanın bu mötəbər tədbirdə uğurla ev sahibliyi etdiyi, Pakistan nümayəndə heyətinin Bakıda yüksək qonaqpərvərliklə qarşılandığı məmnunluqla bildirilib.
Çinin "Sinxua" agentliyi də Azərbaycanın ev sahibliyi ilə keçirilən WUF13 barədə silsilə məqalələr yayımlayıb. Məqalələrdə WUF13-ün şəhərsalma, əlçatan mənzil və dayanıqlı şəhər inkişafı üzrə mühüm qlobal platforma olduğu qeyd edilib, Bakının müasir infrastruktur, yaşıl məkanlar və tarixi-mədəni irsin harmoniyası fonunda tədbirə yüksək səviyyədə hazırlaşdığı vurğulanıb, Azərbaycanın dayanıqlı şəhərsalma sahəsində uğurlu model formalaşdırdığı oxucuların diqqətinə çatdırılıb. Eyni zamanda, Çin ekspertlərinin fikirlərinə yer verilərək, Çinin urbanizasiya və əlçatan mənzil sahəsində təcrübəsinin Azərbaycan və inkişaf etməkdə olan digər ölkələr üçün faydalı nümunə olduğu, WUF13-ün isə Bakı üçün uzunmüddətli şəhər yenilənməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyət daşıdığı bildirilib.
Rusdilli nəşrlərdə də WUF13-ə barədə silsilə məqalələr dərc olunub. "Moscow-baku.ru", "Vestnik Kavkaza" və digər portallarda dərc olunan yazılarda Azərbaycan hökuməti və UN-Habitat tərəfindən birgə təşkil olunan tədbirdə 180-dən çox ölkədən 40 mindən çox iştirakçının qeydə alındığı vurğulanıb. İlk dəfə olaraq Sessiya çərçivəsində Nazirlər Görüşü və Liderlər Sammiti seqmentlərinin də təşkil edildiyi diqqətə çatdırılıb. Bakıdakı müzakirələrin əsasən əlçatan mənzil, davamlı urbanizasiya, iqlim dayanıqlığı və "ağıllı şəhər" modellərinə həsr olunduğu, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurdakı yenidənqurma və "yaşıl enerji zonası" layihələrini beynəlxalq ictimaiyyətə təqdim etdiyi qeyd olunub.
Fransızdilli "Lagazetteaz.fr" nəşrində isə BMT-Habitatın icraçı direktoru Anaklaudia Rosbaxın WUF13 barədə fikirləri əksini tapıb. Məqalədə bu tədbirin şəhərsalma gündəliyi üzrə mühüm beynəlxalq platforma rolunu oynadığı bildirilib. Yazıda, həmçinin Bakının yüksək səviyyədə qəbul etdiyi tədbirin şəhərsalma, dayanıqlı inkişaf və "Hamı üçün mənzil" mövzusu ətrafında dünya miqyasında müzakirələr üçün əsas məkan olduğu vurğulanıb. Eyni zamanda, WUF13 çərçivəsində nazirlər görüşü və digər formatlar vasitəsilə "Yeni Şəhər Gündəliyi" üzrə siyasi konsensusun formalaşdırılması və gələcək onillik üçün prioritetlərin müəyyənləşdirilməsinin hədəfləndiyi diqqətə çatdırılıb.
Misir mətbuatı da WUF13-ə geniş diqqət ayırıb. Bu ölkənin "The Egyptian Gazette","Youm7", "El Balad", "Vetogate", "Al Dostor", "Al-Usbua", "Al Qarar Al Arabi", "Business News Egypt", "Anbaa Alyoum", "Nile.eg" və digər nəşrlərində yayımlanan materiallarda Azərbaycanın və BMT-Habitat-ın birgə təşkil etdiyi WUF13-ün şəhərsalma, dayanıqlı inkişaf və əlçatan mənzil sahəsində qlobal müzakirələr üçün əsas platforma olduğu vurğulanıb. Bakının yüksək səviyyədə ev sahibliyi etdiyi bu mühüm tədbirin "Yeni Şəhər Gündəliyi" ətrafında qlobal siyasi və strateji müzakirələr üçün mühüm beynəlxalq dialoq məkanı olduğu qeyd edilib. Xəbərlərdə Misirin sessiyada öz şəhərsalma təcrübəsini, xüsusilə əlçatan mənzil sahəsindəki nailiyyətlərini beynəlxalq auditoriya ilə bölüşdüyü bildirilib.
Özbəkistanın "Kun.uz", "Podrobno.uz", "UzDaily", "UZA", "Gazeta.uz", "Zamin.uz" nəşrlərində dərc olunan materiallarda WUF13 qlobal urbanizasiya çağırışları, dayanıqlı inkişaf, sosial həyat və mənzil təminatı üzrə mühüm məsələlərin müzakirə edildiyi nüfuzlu beynəlxalq platforma olması əksini tapıb. Eyni zamanda, Bakının yüksək səviyyədə ev sahibliyi etdiyi bu tədbirin BMT çərçivəsində əməkdaşlıq və şəhərsalma həllərinin müzakirəsi üçün mühüm qlobal dialoq platforması olduğu vurğulanıb. Xəbərlərdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Bakıya işgüzar səfəri və tədbirdə iştirakı Özbəkistanın beynəlxalq şəhərsalma gündəmində fəal mövqeyini nümayiş etdirən mühüm hadisə kimi qiymətləndirilir.
Malayziyanın "Bernama" agentliyinin, eləcə də bu ölkənin "The Sun" və "SABA News" nəşrlərinin materiallarında qlobal urbanizasiya və dayanıqlı şəhər inkişafı üzrə əsas platforma olan WUF13-ün beynəlxalq şəhərsalma gündəliyinin formalaşmasında mühüm dialoq platforması kimi çıxış etməsinə diqqət çəkilib. Malayziyanın bu sahədə əməkdaşlığın genişləndirilməsinə və sessiyada şəhərsalma sahəsində qlobal təşəbbüslərə dəstək verdiyi vurğulanıb.
Keniyanın "Saccoreview", "People Daily", "The-star.co.ke", "Capitalfm", "Kenyans.co.ke", "Kenyafrontline.com", "Standardmedia.co.ke" media qurumları tərəfindən yayımlanan xəbərlərdə dövlət başçısı Uilyam Rutonun bu ölkənin əlçatan mənzil və davamlı şəhər inkişafı sahəsində uğurlarına görə WUF13-ə dəvət olunduğu bildirilib. Qeyd olunub ki, Prezident Ruto WUF13 zamanı Keniya hökumətinin əlçatan mənzil proqramını təqdim edəcək və şəhərsalma layihələri üçün yeni beynəlxalq tərəfdaşlar və investorlar cəlb etməyə çalışacaq. Xəbərlərdə Keniyanın dövlət başçısının Azərbaycan Prezidenti ilə görüşünə də yer verilib.
WUF13 barədə xəbərlər Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Tacikistan, Hindistan, İordaniya, İraq , Mozambik və digər ölkələrdə yayımlanan media orqanları tərəfindən də geniş işıqlandırılıb.
Mətləb
Xəbər lenti
Şəkidə avtomobil piyadanı vurub öldürüb
Hadisə 06:05Bu futbolçu Messinin rekordunu yenilədi
İdman 04:06Kabarda-Balkarda 10 alpinist itkin düşüb
Dünya 03:05Türkiyədə mikroavtobus su kanalına aşıb
Dünya 02:21"Arsenal"dan "Çelsi" üzərində QƏLƏBƏ
İdman 01:20Kəmaləddin Heydərova yeni müşavir təyin olunub
Sosial 00:23Xankəndidə 4 yaşlı uşaq üçüncü mərtəbədən yıxılıb
Hadisə 00:03Biləcəriyə gedən yol sabahdan...
Sosial 6 Sentyabr 23:35Şahin Mustafayev iranlı nazirlə göürüşüb
Sosial 6 Sentyabr 23:19Sahibə Qafarova ABŞ-da işgüzar səfərdədir
Siyasət 6 Sentyabr 23:03Zelenskinin Uitkoff və Kuşnerlə görüşü 4 saat çəkib...
Dünya 6 Sentyabr 22:31Sabaha Bakıda leysan, rayonlarda şimşək və dolu gözlənilir...
Sosial 6 Sentyabr 22:18"Turan Tovuz"dan qələbə
İdman 6 Sentyabr 22:02Bu klassik Mercedes əsl superkar kimidir…
Texnologiya 6 Sentyabr 21:51Yumurta ilə bağlı vacib bir qayda mif oldu...
Sosial 6 Sentyabr 21:28Müharibənin gündəlik həyatı haqqında kolleksiya təqdim edildi...
Dəb 6 Sentyabr 21:06Azərbaycan-Türkiyə münasibətləri yüksək texnologiyalar sahəsində də sürətlə inkişaf edir
Siyasət 6 Sentyabr 20:56Sem Altman: “Hər bir insanın öz humanoid robotu olmalıdır...”
Texnologiya 6 Sentyabr 20:51NATO Rusiyanın nüvə sualtı qayıqlarına hücum etməyi öyrənir...
Dünya 6 Sentyabr 20:27"Barselona" La Liqada "Valensiya"nı darmadağın etdi...
İdman 6 Sentyabr 20:19Ucarda yük avtomobili yanıb
Hadisə 6 Sentyabr 20:16Putin ilk dəfə çox vacib bir şey dedi...
Dünya 6 Sentyabr 20:08FT: Rusiyadan Honkonqa qızıl daşınması rekord həddə çatıb
İqtisadiyyat 6 Sentyabr 19:49Yağış yağacaq, leysan olacaq, dağ çaylarından sel keçəcək
Sosial 6 Sentyabr 19:35Almaniyada əhval-ruhiyyə dəyişib...
Dünya 6 Sentyabr 19:27Rusiya ordusu böyük bir dəyişkənlik içindədir...
Dünya 6 Sentyabr 19:05Neft şirkətləri neftayırma zavodları üçün “beton qalxanlar” tikirlər...
İqtisadiyyat 6 Sentyabr 18:51“Vahid Rusiya” şizofreniya xəstələrini cəbhəyə göndərməyi təklif edir...
Dünya 6 Sentyabr 18:27“Ukraynalıların cəmi 1-2 nəsli qalıb...”
Dünya 6 Sentyabr 18:05Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
Dünya 6 Sentyabr 17:36Lavrov: Almaniya yenə müharibə istəyir
Dünya 6 Sentyabr 17:08Televiziya aparıcısı edam cəzasına məhkum edildi - Misirdə
Dünya 6 Sentyabr 17:02Tibetdə torpaq sürüşməsində ölənlərin sayı 43 nəfərə çatıb...
Dünya 6 Sentyabr 16:57Paşinyanın rus dilində çıxışdan imtinasına Peskovun MÜNASİBƏTİ
Dünya 6 Sentyabr 16:55Zelenskinin Kiyevdə Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başlayıb
Dünya 6 Sentyabr 15:35Sabahın havası
Sosial 6 Sentyabr 15:25Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub
Siyasət 6 Sentyabr 15:04Ukrayna Rusiya üzərindəki səmanı bağlaya biləcəkmi?
Dünya 6 Sentyabr 13:57OPEC+ neft hasilatını artırmaqdan imtina edəcək
İqtisadiyyat 6 Sentyabr 13:52Moskva və Kiyev Donbasda gücünü artırır
Dünya 6 Sentyabr 13:36ABŞ Rusiyanın hibrid müharibəsində NATO ölkələrinə dəstək vəd edir
Dünya 6 Sentyabr 13:32NATO ABŞ-sız ilk hərbi təlim keçirir
Dünya 6 Sentyabr 13:27Pentaqon İranı neft tankerlərini batırmaqla hədələdi
Dünya 6 Sentyabr 13:24Vitkoff və Kuşneri səfərdə kim müşayiət edib?
Siyasət 6 Sentyabr 13:14Kreml Trampın elçiləri ilə danışıqlarının təfərrüatlarını açıqlayıb
Dünya 6 Sentyabr 13:12Prezident: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
Siyasət 6 Sentyabr 12:20"Fənərbağça" azarkeşi "Beşiktaş"la oyunda ürəktutmadan vəfat edib - İDMAN
İdman 6 Sentyabr 12:17FHN-dən əhaliyə çağırış - HAVA
Sosial 6 Sentyabr 12:12"Daş kitablar" Qazaxıstanda da vandalizmə məruz qalıb
Siyasət 6 Sentyabr 12:12Üç qurum Ağdamdakı mina partlayışı ilə bağlı məlumat yayıb - YENİLƏNİB
Hadisə 6 Sentyabr 12:03Bu gün Esvatini Krallığının milli bayramıdır
Siyasət 6 Sentyabr 11:32BDYPİ-dən xəbərdarlıq
Sosial 6 Sentyabr 11:15Ağdam rayonunda mina partlayışı baş verib
Hadisə 6 Sentyabr 10:21Bu xanım "Miss Dünya – 2026" qalibi seçildi
Mədəniyyət 6 Sentyabr 05:04Rusiyada daha bir hava limanının işi dayandırıldı
Dünya 6 Sentyabr 04:06Ağdamda traktor minaya düşüb
Hadisə 6 Sentyabr 03:22"Ermənistanın inqilaba ehtiyacı var" - Paşinyandan ŞOK BƏYANAT
Dünya 6 Sentyabr 03:04BDU-da yeni təyinat olub
Sosial 6 Sentyabr 02:21Konqoda toyda yanğın olub - 22 ölü var
Dünya 6 Sentyabr 02:04"Neftçi"dən 4 qollu DARMADAĞIN
İdman 6 Sentyabr 01:20Bu ölkədə pulsuz yeməkdən 2 min müəllim və şagird ZƏHƏRLƏNİB
Dünya 6 Sentyabr 01:03Türkiyəli məşhur aktyor evində ölü tapıldı
Şou-Biznes 6 Sentyabr 00:23"Mən əmr verdim, Kiyevə hücumlar dayandırıldı"
Dünya 6 Sentyabr 00:03Haalandın 300-cü QOLU
İdman 5 Sentyabr 23:31Zelenski sabah Kiyevdə Uitkoff və Kuşnerlə görüşəcək
Dünya 5 Sentyabr 23:19İranda yanacaqdaşıyan avtomobil partlayıb - 10 nəfər ölüb - TƏCİLİ
Dünya 5 Sentyabr 23:02Tuğba Ekinci həbs edildi - sosial şəbəkədəki paylaşımına görə...
Şou-Biznes 5 Sentyabr 22:31Daha bir idmançımız Avropa Çempionu oldu!
İdman 5 Sentyabr 22:19Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb- 2 pilot ölüb
Dünya 5 Sentyabr 22:02Ürək sağlamlığını dəstəkləməyin sadə bir yolunu müəyyən edilib...
Səhiyyə 5 Sentyabr 21:51O, həm də bilyard oynamağı öyrənir...
Sosial 5 Sentyabr 21:28J’amemme qadınlığı yenidən şərh edən kolleksiya təqdim edir...
Dəb 5 Sentyabr 21:06DW: Putin Rusiyada yeni səfərbərlik olduğunu inadla inkar edir...
Dünya 5 Sentyabr 20:52Rusiya hava blokadası ilə bağlı müsbət xəbər...
Dünya 5 Sentyabr 20:28Xatirəyə hörmət və mənəvi borc
Siyasət 5 Sentyabr 20:23ABŞ ordusu İrana məxsus üç neft tankerinə hücum edib
Dünya 5 Sentyabr 20:13Putin MKİ rəhbərinin Moskvaya səfərinə qəribə bir töhmət verdi...
Dünya 5 Sentyabr 20:06Rusiya biznesləri kütləvi şəkildə Çinə qaçmağa başlayıb...
İqtisadiyyat 5 Sentyabr 19:49Zelenski: Moskvaya hücumları dayandırmağa hazırıq...
Dünya 5 Sentyabr 19:27Polşa səfərbərlik kartlarının paylanmasına başlayıb...
Dünya 5 Sentyabr 19:25Hisslərimizə hakim olaq, ədəblə davranaq!
Sosial 5 Sentyabr 19:25Turizm şirkətinin rəhbəri həbs edilib...
Sosial 5 Sentyabr 19:12Rusiyadakı yanacaq böhranı Monqolustana da yayılıb...
İqtisadiyyat 5 Sentyabr 19:07“Hicab geyinən bütün həmvətənlərimizi dəstəkləyirik...”
Dünya 5 Sentyabr 18:51Nepalda su basmış tuneldən iki nəfər xilas edilib
Dünya 5 Sentyabr 18:38Z-təbliğatçısı Norin gözlənilmədən Putini sülhə çağırdı...
Dünya 5 Sentyabr 18:27Bursada meşə yanğını başlayıb
Dünya 5 Sentyabr 18:18“Putin ABŞ nümayəndə heyətinin təhlükəsizliyinə zəmanət verməyəcək”
Dünya 5 Sentyabr 18:06Narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Sosial 5 Sentyabr 17:45Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
Dünya 5 Sentyabr 17:23"ABŞ İranı tam nəzarət altında saxlayır" - Tramp
Dünya 5 Sentyabr 14:47Trampın xüsusi elçiləri Moskvadadırlar
Siyasət 5 Sentyabr 14:41Xorvatiyalı idmançı: Son kilometrdə maksimum güc sərf edərək finişə birinci çatdım
İdman 5 Sentyabr 14:32“Sabah” klubu uşaq futbolunun inkişafı məqsədilə 10 milyon manatlıq proqram yaradır
İdman 5 Sentyabr 14:28BMTMM sədri “The Black Garden” filminə dair “The Guardian” qəzetində dərc olunmuş rəyə cavab verib
Siyasət 5 Sentyabr 14:21FIBA Qadınlar Seriyasının mövsüm finalına qələbə ilə başlayıb
İdman 5 Sentyabr 14:18Özəl xəbərlər
Digər xəbərlərBakı–Daşkənd xətti: qardaşlıqdan böyük tərəfdaşlığa - MİLLƏT VƏKİLİ
Siyasət 4 Sentyabr 16:38Ukrayna Rusiyaya şərtsiz danışıqlar təklif edib
Dünya 4 Sentyabr 16:02Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
Dünya 4 Sentyabr 16:01BƏƏ və Çin birgə hərbi təlim keçirdi
Dünya 4 Sentyabr 15:58“Bu, ikitərəfli əlaqələrin normallaşdırılması müstəvisində mühüm əhəmiyyət kəsb edir” - ŞƏRH
Siyasət 4 Sentyabr 14:38
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9739
-0,13%
-
GBP
2,2970
-0,15%
-
RUB
1,9728
+0,76%
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



