"Heydər Əliyev irsi milli məfkurənin təməlidir" - DEPUTAT DANIŞDI

"Ümummilli lider Heydər Əliyevin şəxsiyyətinə, onun siyasi fəaliyyətinin bütün tərəflərinə, zəngin idarəedicilik irsinə diqqətləri cəmləmək bizə daha fundamental işlər görməyə, daha konseptual məsələləri həyata keçirməyə bir növ vasitə olur. Hər şeydən əvvəl bununla gənc nəsillərə “ulusu sevmək fənni”nin nümunəsini aşılayırıq və bu imkan bizə azərbaycançılıq amalının, vətən, millət sevgisinin bir liderin tərcümeyi-halında necə bütöv şəkildə ehtiva olunduğunun bütün çalarlarını duymağa imkan qazandırır".

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Elnarə Akimova deyib.

Elnarə Akimova sözlərinə belə davam edib: “Ümumilikdə XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət olan Heydər Əliyevin irsi bu vaxta qədər də layiqincə öyrənilən predmet olub. Bunu meydanda olan çoxsaylı nümunələr sübut edir. Buna baxmayaraq, Ümummilli liderin kolossal zəhmət qoyduğu işlər dövlətçiliyin simasını müəyyən edən tarixi xidmət olaraq araşdırılmalıdır. Bu işin reallaşması prosesində Heydər Əliyev şəxsiyyətinin xarici ölkələrin maraqları kontekstində olduğunu da unutmamalıyıq. Nəzərə alsaq ki, Ümummilli lider bütün dünyada birmənalı qəbul edilmiş qüdrətli şəxsiyyətdir, o zaman məsuliyyət daha da artır. Heydər Əliyev obrazını dünya xalqlarının nəzər nöqtəsindən dəyərləndirmək maraqlı nəticələr verə bilər. M.Baxtinin dəqiq deyilmiş bir fikri var: "Özgə mədəniyyət yalnız başqa mədəniyyətin gözü ilə özünü dərindən göstərir". Bu həm də həmin mədəniyyəti yaratmış şəxslərə də aidlənəcək fikirdir. Heydər Əliyevin siyasi fəaliyyətini tanış sistemlərlə bərabər, qeyri-tanış sistemlərlə görüşdürmək onun nəhəngliyini meydana qoymaq baxımından əlverişli olardı.

Azərbaycançılıq məfkurəsi Ulu Öndər Heydər Əliyevin taleyüklü məsələ kimi yanaşdığı mühüm ideoloji istiqamət olmuşdur. O, milli dövlətçilik düşüncəsini - əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla, əsrin sonlarına doğru - müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuşdur. Xalqımızın milli həmrəyliyini və birliyini təmin etmək, milli-mədəni irsi və mənəvi-əxlaqi dəyərləri qoruyaraq zənginləşdirmək, ölkəmizdə yaşayan müxtəlif millətlərin və dinlərin nümayəndələrini öz ətrafında birləşdirmək, xarici ölkələrdə yaşayan azərbaycanlıların həmrəyliyinə və təşkilatlanmasına çalışmaq, ümummilli ideologiya kimi siyasi münasibətlərin fövqündə dayanmaq və s. kimi çöxyönlü fəaliyyəti ilə o, azərbaycançılıq məfkurəsini milli ideologiya səviyyəsinə qaldırmış, onun əsasında vətəndaş həmrəyliyi və ümumxalq birliyi yaratmağa nail olmuşdur.

Ümummilli lider hələ hakimiyyətinin birinci mərhələsində milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, kadrların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirmişdir. 1990-cı illərdən sonra isə artıq praktik şəkildə bu ideologiyasının icrasına başlanıldı. “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”, - deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail oldu. Bu böyük şəxsiyyətin vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycançılıq ideyasını irəli sürməsi, onu milli diasporun təşkilatlanması üçün ideoloji təmələ çevirməsidir. 1997-ci ildə Heydər Əliyev ABŞ-a rəsmi səfəri zamanı Azərbaycan diasporu qarşısında çıxışında bu istiqamətdə əsas prinsipləri belə müəyyən etmişdir: “Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər... Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan”. Dünya azərbaycanlılarının potensial imkanlarını cəmləmək, onları müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həllinə yönəltmək, bununla əlaqələri möhkəmləndirmək Heydər Əliyevin diaspora ilə sistemli çalışmalarının nəticəsindən doğan müsbət hallar idi. Onun təşəbbüsü ilə 2001-ci ilin 9-10 noyabr tarixlərində Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmişdir. Milli həmrəyliyimizin nümayişinin ən yaddaqalan tədbirlərindən olan bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratmışdır.

Ümumilikdə bu qurultay dövlətimizə nə verdi? Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, müxtəlif ölkələrdə dilimizin, tariximizin, mədəniyyətimizin yüksək səviyyədə təbliği, Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl əks-hücumun təşkili məsələləri qurultayın qarşıya qoyduğu başlıca vəzifələr olmuşdur. Həmin qurultaydan sonra Azərbaycan diaspor hərəkatı tamamilə yeni mərhələyə qədəm qoymuşdur. Ümummilli lider Heydər Əliyev bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə 2002-ci ildə "Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin yaradılması barədə" fərman imzalamışdır. Dünya azərbaycanlılarının konsolidasiyasında, diaspordan lobbiyə doğru inkişafında yeni bir mərhələnin başlanğıcını qoyan bu komitə qısa müddətdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası və Azərbaycan dövləti ətrafında birləşməsi istiqamətində xeyli iş görməyə müvəffəq olmuşdur.

Heydər Əliyevin mədəniyyət, ədəbiyyatla bağlı gördüyü işlərin miqyası heç bir ölçüyə sığmır. Ulu Öndərin ədə­biy­yat, sə­nət­lə bağ­lı elə­di­yi çı­xış­lar mü­kəməlliyi ilə se­çi­lir, şe­ir­dən da­nı­şan­da poe­zi­ya­nın, nəsr­dən da­nı­şan­da pro­za­nın də­rin bi­li­si­ci tə­əs­sü­ra­tı do­ğu­rurdu­. Bu da onun ədəbiyyata sevgisindən, mütaliəsiz bir gün də keçirmədiyindən qaynaqlanan amildir.

Milli düşüncənin intibahı, milli ruhu diri saxlamaq meyli onun tərcümeyi-halının ən işıqlı tərəfini təşkil edir. Bu kontekstdə onun obrazını necə xarakterizə etmək olar? Həm azərbaycançılıq ruhunu bütün siyasi-mənəvi aşamalardan bütöv və zədəsiz çıxaran böyük azərbaycanlı, həm də bütün dünya mədəniyyət və dəyərlərinə tolerant və multikultural aspektdən yanaşmağı bacaran dünya insanı! Heydər Əliyev üçün hər zaman əsas amal milli birlik, milli vəhdət olmuşdur. Onun azərbaycançılıq təliminin ana yapısında dayanan başlıca məqam elə bundan qaynaqlanırdı. İqtisаdi cоğrаfiyаnı böyük quruculuq işləriylə, mənəvi cоğrаfiyаnı isə milli-mənəvi dəyərlərin Аzərbаycаnа qаytаrılmаsıylа gerçəkləşdirən Heydər Əliyevin atdığı bütün addımlar milli məfkurənin gəlişməsinə imkan yaratmaq məqsədi güdürdü. Heydər Əliyev bu məqsədə doğru sovet hakimiyyətinin ən kəskin dövrlərində yüksək tribunada təmsil olunarkən irəliləmiş, yüksək kürsülərdən Azərbaycanın sözünü deməyə cəsarət və hünər göstərmişdir.

Azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı­nın for­ma­laş­ma­sı pro­se­sin­də Ulu öndər Hey­dər Əli­ye­vin is­ti­nad et­di­yi ün­van da­im klas­sik irs və mil­li-mə­nə­vi də­yər­lər ol­muş­dur. Məsələn, Heydər Əliyev “Kitabi-Dədə Qorqud” dastanının yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayırdı və qeyd edirdi ki, əgər in­di biz “Ki­ta­bı-Də­də Qor­qud” das­ta­nı­nın 1300 il­li­yi­ni qeyd edi­rik­sə və bu­nu bü­tün dün­ya­ya bə­yan edi­rik­sə, de­mək, bi­zim bə­dii sö­zü­mü­zün 1300 il­lik ta­ri­xi göz qa­ba­ğın­da­dır. Yaxud Nizami Gəncəvinin 840 illiyinin keçirilməsinin zəminində öz dəyərlərini tanımaq, onu layiqincə dünyada təbliğ etmək meyli olmasaydı deyərdimi ki, biz Ni­za­mi ilə bəşəriy­yə­ti qo­vuş­dur­ma­ğa tə­lə­si­rik?!

Eləcə də böyük şair Füzulinin yu­bi­le­yinin həm Azər­bay­can­da, həm bü­tün türk-is­lam alə­min­də, həm də Ru­si­ya və Av­ro­pa­da bö­yük tən­tə­nə ilə ke­çi­rilməsinə rəvac verirdisə, bunu ilk növbədə, XX əsr­də par­ça­lan­mış türk dün­ya­sı­nı birləşdirmək, yaxınlaşdırmaq üçün edirdi. 1982-ci ildə Cavidin nəşini Sibirdən Azərbaycana qaytarmaqla türklük ruhunu, turan əxlaqını millətin özünə qaytarırdı. Eyni ildə Şuşada Vaqif məqbərəsini ucaltmaq onun üçün Qarabağ xanlığının timsalında Azərbaycan dövlətçiliyinin rəmzi, Vaqif poeziya günləri Azərbaycan dilinin əbədi təntənəsinin rəmzi idi. Ya­xud Mə­həm­məd­hü­seyn Şəh­ri­ya­rın ana­dan ol­ma­sı­nın 90 il­lik yu­bi­le­yi­nin ke­çi­ril­mə­si ilə bağlı 1997-ci ildə imzaladığı ta­rix­i sərən­ca­mla hə­mi­şə ama­lı­na çe­vir­di­yi bü­töv Azər­bay­can idea­lı­nın ger­çək­ləş­mə­si­nə doğ­ru növ­bə­ti əhə­miy­yət­li ad­dım­lar­dan bi­ri­ni hə­ya­ta ke­çi­rir­di. Hər bir addımında ölçülü-biçili, gələcəyə hədəflənmiş siyasət! Düşünülmüş idimi? Birmənalı şəkildə! Heydər Əliyev xalqın milli qürurunu ölməyə, yadlaşmağa, yaddaşsızlaşmağa qoymurdu. Əks təqdirdə, bu xalqın 1990-cı illərdə milli müstəqilliyini yenidən qazanması mümkünsüz olardı.

Ulu Öndərin 1993-cü ildən sonrakı qayıdış mərhələsi də asan dövrə sirayət etmədi. Amma hər cür hərc-mərclik, mənəvi-milli deqradasiya, siyasi-hərbi kataklizm, sosial böhran şəraitində belə onun fəaliyyətində müasir və klas­sik sənətkar­la­rı­mı­zın ta­le­yi­nə həssas münasibət davamını tapdı. Həmin çətin dövrdə Hey­dər Əli­yevin mətbuata verdiyi bütün müsahibələrdə mənəvi məsələ, milli düşüncəyə xidmət yenə də ilk unudulmaz sıralarda qərar tutur. Böyük siyasətçi dəfələrlə vurğulayırdı ki, “res­pub­li­ka­mı­zın bu ağır döv­rün­də bö­yük yu­bi­ley­lər ke­çi­ril­mə­si, şüb­hə­siz ki, mü­əy­yən qə­dər çə­tin­lik­lər­lə üz­lə­şə­cək. An­caq bun­la­ra bax­ma­ya­raq, hə­ya­tı­mı­zın mə­nə­vi sa­hə­si heç vaxt unu­dul­ma­ma­lı­dır. Çə­tin­lik­lər nə qə­dər çox ol­sa da mə­də­niy­yə­tə, mə­də­ni ir­si­mi­zə, mə­nə­viy­ya­ta da­im xü­su­si diq­qət yetirməli və bu sa­hə­lə­rin ge­ri qal­ma­sı­na yol ver­mə­mə­li­yik”.

Hey­dər Əli­ye­vin döv­lə­tçilik si­ya­sə­tin­də mul­ti­kul­tu­ra­liz­m prio­ri­tet yerlərdən birini tuturdu. Onun bu barədə çox yayılmış bir fikri var. Qeyd edir ki, “Azərbaycanın vətəndaşları dini, irqi, siyasi, dil mənsubiyyətindən asılı olmayaraq, hamısı eyni hüquqa malikdir və onların hüquqları Azərbaycan tərəfindən qorunur və mühafizə olunur. Siz əmin ola bilərsiniz ki, biz bu məqsədlərimizə, bu prinsiplərimizə daim sadiq olacağıq və gələcəkdə də Azərbaycan vətəndaşlarının dini mənsubiyyəti, yaxud dil mənsubiyyəti, siyasi mənsubiyyətindən asılı olmayaraq, bir-birilə münaqişəyə girməsinə yol verməyəcəyik”.

Heydər Əliyev cə­miy­yət­də ya­şa­yan hər xal­qın et­nik-mə­də­ni də­yər­lə­rinə böyük önəm verirdi, bildirirdi ki, döv­lət, öl­kə nə qə­dər çox xal­qı bir­ləş­dir­sə, bir o qə­dər zən­gin olur, çün­ki on­la­rın hər bi­ri ümum­dün­ya mə­də­niy­yə­ti­nə və si­vi­li­za­si­ya­sı­na öz töh­fə­si­ni ve­rir. Akademik Ka­mal Ab­dul­la “Müs­tə­qil­lik il­lə­rin­də mul­ti­kul­tu­ra­lizm və to­le­rant­lıq” kitabında bir məqamı doğru qeyd edir ki, Ümum­mil­li li­der Hey­dər Əli­yev öz uzaq­gö­rən, müd­rik si­ya­sə­ti ilə əsr­lər bo­yu for­ma­laş­mış Azər­bay­ca­nın çoxmədə­niy­yət­li­lik, yəni mul­ti­kul­tu­ral ənə­nə­si­ni bər­pa edə­rək onu key­fiy­yət­cə ye­ni mər­hə­lə­yə qal­dır­dı”.

Əslində bu gün ölkə başçısı, cənab İlham Əliyevin bütün dünyada nümunə sayıla biləcək multikulturalizm siyasətinin kökündə Heydər Əliyevin mü­əy­yən­ləş­dir­di­yi mə­də­niy­yət si­ya­sə­ti dayanır. Bugünkü mənzərə həmin ali məqamı, Azər­bay­can mul­ti­kul­tu­ra­liz­mi­nin Heydər Əliyev tərəfindən işlənmiş ideya əsaslarını yüksək səviyyədə idrak etməyə imkan verir. Diqqət edək. “İslam Həmrəyliyi ili”, “Multikulturalizm ili” və bunların ardınca gələn müxtəlif tədbirlər, ideoloji müşavirələr, multikultural ideyaların intişar arenasına çevrilən Azərbaycanın sivil, modern dünyada yeri, nüfuzu, ünsiyyət məkanı kimi hər cür müzakirlərə açıq və hazır olması Heydər Əliyevin ideal və məramının yaşarılığının sübutudur. Vacib bir məqamı da qeyd edim ki, Heydər Əliyevin təşəbbüsü ilə multikulturazlimlə bağlı məsələlər hüquqi sənədlərdə, o cümlədən, Konstitusiyada əks olunmuşdur. Eləcə də multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipi Konstitusiyanın bir sıra maddələrində təsbit edilib. Bu gün ölkə başçısı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin də siyasətində milli məfkurəyə istinad xətti konsepsiya, təlim səviyyəsində gerçəkləşir. Onun ard-arda imzaladığı - “Multikulturalizm ili”, “İslam həmrəyliyi ili”, “Azərbaycan Xalq Cümhuriyyəti ili”, “İmadəddin Nəsimi ili”, “Nizami Gəncəvi ili”, “Şuşa ili”, “Şəhərsalma və memarlıq ili” kimi sərəncamlar mədəniyyətin inkişafına, tarixi yaddaşın bərpasına, eləcə də layiqli şəxsiyyətlərin misilsiz xidmətlərinə dəyər qazandırmaq, onları yeni düşüncə kontekstindən incələməyə imkan yaratmaq, ən kiçik nüansı belə bədii-estetik yaddaşın məxəzinə çevirmək baxımından müstəsna addımdır.

Bütün digər məziyyətləri ilə yanaşı, Heydər Əliyev son yüz ilin Azərbaycan tarixinə yada, rəqibə bir metr də olsun torpaq verilməsinə imza atmamış yeganə lider kimi daxil olub. Bu, onun öndərlik tərcümeyi-halında bəlkə də, ən ali şərəfli məqamdır. Bunu nə ilə əlaqələndirmək olar? Hər şeydən əvvəl onunla ki, Heydər Əliyev dəyərlərin gücünü bilirdi və ona torpaq qədər sahib çıxmağı bacarırdı. Bilirdi ki, ən böyük güc xalqı bir yerə cəm edəcək milli ideologiyanın varlığından keçir.

Ona görə Heydər Əliyev əvvəl milli məfkurəni, sonra müstəqil dövləti yaratdı. Bu baxımdan, minillik dövlətçilik tariximizə milli məfkurəyə istinad edən ilk və yeni Azərbaycan dövlətinin qurucusu kimi daxil oldu. Azərbaycanı azərbaycanlıların ixtiyarına verən və Azərbaycan xalqı “öz taleyinin sahibidir” - deyən ilk böyük dövlət xadimimizdir Heydər Əliyev. Ona qədər Azərbaycan tarixində belə bir siyasi kontekstin olmadığı hər kəsə bəllidir.

Heydər Əliyevin həyаtа keçirdiyi siyаsət qlоbаl mаhiyyətinə görə bənzərsiz tаriхi mərhələdə Аzərbаycаnın gücünə və Аzərbаycаn ictimаi fikrinin təməl daşına çevrildi. XX yüzilliyin sonunda Ərəbistаndаn Qаfqаzа qədər dаlğаlаnаn siyаsi ziddiyyətlərin Аzərbаycаnа yаnsımаmаsı, Аzərbаycаnın Şərqdə də, Qаfqаzdа dа müstəsnа bir dünyа dövləti kimi öz sаbitliyini və hər mənаdа müstəqilliyini qоruyub sахlаmаsı Heydər Əliyev tərəfindən irəli sürülmüş milli məfkurənin ümummilli mаhiyyətinə ən mükəmməl və etibаrlı sübutdur.

Ümummilli dəyərləri ideоlоji bахımdаn ilk dəfə о təsbit etdi. İqtisаdi cоğrаfiyаnı böyük quruculuq işləriylə, mənəvi cоğrаfiyаnı isə milli-mənəvi dəyərlərin Аzərbаycаnа qаytаrılmаsıylа gerçəkləşdirdi. Аzərbаycаnın qаpılаrını Dədə Qоrqudun, Nizaminin, Hüseyn Cаvidin, Şəhriyarın üzünə tаybаtаy аçmаqlа, əslində, Аzərbаycаnın məfkurəvi necəliyini müəyyənləşdirməyi bacardı. 1993-cü ildə isə Аzərbаycаn хаlqı Heydər Əliyevi hаkimiyyətə təkcə Аzərbаycаnı hərbi-siyаsi böhrаndаn qurtаrmаq üçün deyil, həm də Ümummilli liderin 25 il əvvəl bаşlаdığı Аzərbаycаnçılıq əsərinin ən ciddi səhifələrini yаrаtmаq üçün dəvət edirdi. Çünki bu mənəvi аbidənin – siyаsi Аzərbаycаnın sirri 1969-cu ildən bаşlаyаrаq Heydər Əliyevin üslubundа kəşf оlunmuşdur.

Məhz bu, gücün sayəsində biz 2020-ci ildə 44 günlük müharibədə zəfər çala bildik. Bu, həm də Heydər Əliyev ideallarının qələbəsi idi ki, öz layiqli varisinin – Ali Baş Komandan İlham Əliyevin əməllərində gerçəklik qazandı. Onun dil və din, mental və yaddaş, mənəvi-əxlaqi dəyərlər kontekstində ehtiva etdiyi sahiblik şüuru, bir yumruqda cəm olaraq milli birliyi qorumağı strateji xəttin əsas konsepsiyasına çevirmək əzmi İkinci Qarabağ savaşında qazandığımız Zəfərin cövhərinə çevrildi!

Bu gün Heydər Əliyev həm də İlham Əliyevin simasında yaşayır, əbədi davam edən tarixə çevrilir. 44 günlük Zəfər səlnaməsinin hər səhifəsində Heydər Əliyevin rolu, gücü, iradəsi olduğu danılmaz faktdır. Çünki Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə qazandığı ən böyük nailiyyət məhz buna yetmək olmuşdur: milli varlığın idrak məqamına! Hey­dər Əli­yev cə­miy­yə­ti­miz­lə ba­həm ədə­biy­yat­da da başla­nan ye­ni epo­xa­nın tə­mə­li­ni qo­yan, onun gə­liş­mə­si­nə tə­kan verən ta­ri­xi şəxsiyyətdir. Ona gö­rə haq­qın­da ya­zı­lan mətn­lə­rin bəl­kə də hə­lə Ümum­mil­li li­de­rin ob­ra­zı­nı bü­tün­lü­yü ilə ya­rat­ma­ğa gü­cü yet­mir. Hey­dər Əli­ye­vin ob­ra­zı ən is­te­dad­lı mətn­dən be­lə irə­li­də dur­ma­ğı ba­ca­rır. Gö­rü­nür, Za­ma­nın föv­qü­nə, uca­lı­ğı­na qalx­mış İn­san­lar üçün ən gö­zəl əsə­ri elə Ta­ri­xin özü ya­ra­dır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə