"Cənubi Qafqazda ortaya çıxan sülh və barış mühiti bölgənin əməkdaşlıq və sabitlik hövzəsinə çevrilməsini istəyənlərin tarixdən düşmənçilik yaratmağa çalışan qüvvələrə verdiyi güclü bir cavabdır." SİA xəbər verir ki, bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəzi ölkələrin rəsmi şəxslərinin 1915-ci il hadisələrinə dair verdiyi bəyanatlarla bağlı yaydığı yazılı açıqlamada yer alıb.
Açıqlamada bəzi üçüncü ölkə siyasətçilərinin məsələni dar siyasi hesabları üçün istifadə etməyə çalışdıqları və ya öz məsuliyyətlərinin üstünü örtməyə cəhd kimi müşahidə olunduğu ifadə edilib. Əsrlərboyu birlikdə yaşama mədəniyyətinin ən güclü nümunələrini özündə barındıran Türkiyənin 1915-ci il hadisələrinin ədalətli və elmi bir zəmində araşdırılması məqsədilə arxivlərini açdığı və "Ortaq Tarix Komissiyası" yaradılmasını təklif etdiyi qeyd edilən açıqlamada bu təklifin qüvvədə olduğu xatırladılıb. "Niyyəti konstruktiv olan üçüncü tərəfləri ortaq və ədalətli bir yaddaşa nail olmağa yönəlmiş səyləri və son dövrdə inkişaf edən konstruktiv dialoq mühitini dəstəkləməyə dəvət edirik", - deyə açıqlamada vurğulanıb.
Mətləb Salahov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB