"Laçın sərhəd-keçid məntəqəsi Azərbaycanın suverenlik siyasətində yeni mərhələ açdı" - HƏRBİ EKSPERT

"Laçın sərhəd-keçid məntəqəsinin qurulması Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması istiqamətində mühüm addım oldu".

Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, uzun illər ərzində Laçın yolu vasitəsilə Ermənistan ilə Qarabağ bölgəsi arasında müxtəlif istiqamətlərdə əlaqələr mövcud idi: "Sərhəd-keçid məntəqəsinin yaradılması bu əlaqələrin dövlət nəzarəti altına alınmasını təmin etdi və bölgədə qanunsuz fəaliyyətlərin qarşısının alınması baxımından mühüm rol oynadı. Bu addım həm də Azərbaycanın öz sərhədləri üzərində tam nəzarəti bərpa etmək istiqamətində atdığı sistemli tədbirlərin tərkib hissəsi idi.

Sonrakı mərhələdə, 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində bölgədəki qanunsuz silahlı birləşmələr tərksilah edildi və Azərbaycanın suverenliyi bütün ərazilərində bərpa olundu.

Bu proseslər göstərdi ki, siyasi, hüquqi və hərbi addımların paralel şəkildə həyata keçirilməsi ölkənin ərazi bütövlüyünün təmin olunmasında həlledici rol oynayır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə