Rusiyanın "qaçılmaz iqtisadi çöküş"lə üzləşəcəyi proqnozlaşdırılır
Rusiya kommunistlərinin lideri Gennadi Zyuqanov Rusiya iqtisadiyyatındakı qaçılmaz problemlərdən danışıb və 1917-ci il hadisələrinə bənzər bir inqilab təhlükəsi barədə xəbərdarlıq edib. O, Dövlət Dumasının iclasında rusiyalı bloqçu Viktoriya Bonyanın hökumətə qarşı tənqidini dəstəkləyərək, geniş ictimai etirazlara səbəb olub. Bu məlumat The Moscow Times tərəfindən dərc edilib.
Zyuqanovun sözlərinə görə, Viktoriya Bonya əvvəllər Kommunist Partiyası tərəfindən qaldırılan məsələləri öz videosunda qaldırıb. O qeyd edib ki, partiyanın Prezident Putinin strategiyasını dəstəkləmək səylərinə baxmayaraq, Kreml bu təşəbbüsləri görməzdən gəlir, hakimiyyət isə hazırda Monakoda olan bloqçunun sözlərinə daha çox meylli olduğunu sübut edib. "Sizə 10 dəfə demişik: iqtisadiyyat qaçılmaz olaraq çökəcək. Birinci rüb tam bir fəlakət idi. Təcili olaraq maliyyə, iqtisadi və digər tədbirlər görməsəniz, payızda 2017-ci ildə baş verənlərlə qarşılaşacağıq", - deyə Kommunist Partiyasının lideri bildirib.
Xatırladaq ki, Putin əvvəllər Rusiya iqtisadiyyatının tənəzzülünü etiraf etmişdi. O qeyd etmişdi ki, makroiqtisadi göstəricilər hazırda analitiklərin, hökumətin və Rusiya Mərkəzi Bankının gözləntilərindən aşağıdır.
Həmçinin bildirmişdik ki, Rusiya iqtisadiyyatı bu ilin sonuna qədər tənəzzülə girə bilər. Ən azından Kremlə bağlı Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin (MTQPM) hesabatı belə deyir.
VƏLİ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB