“Beynəlxalq əməkdaşlıq Azərbaycanın qlobal mövqeyini gücləndirir” - SƏDR

“Əməkdaşlıq hər zaman mühüm əhəmiyyət kəsb edir və xüsusilə beynəlxalq müstəvidə daha böyük rol oynayır. Azərbaycan Respublikasının bu sahədə apardığı siyasət ölkənin inkişafına və qlobal arenada nüfuzunun artmasına xidmət edir”.

SİA xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova plenar iclasda çıxışı zamanı deyib.

Sahibə Qafarova bildirib ki, Azərbaycanın beynəlxalq əməkdaşlıq siyasəti Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş çoxşaxəli xarici siyasət kursuna əsaslanır. O qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti də beynəlxalq humanitar və mədəni əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.

Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan müxtəlif beynəlxalq platformalarda fəal iştirak edir və bir çox ölkələrlə əməkdaşlıq əlaqələrini inkişaf etdirir. Bu çərçivədə keçirilən konfranslar və görüşlər ölkənin beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirir.

O əlavə edib ki, Azərbaycan nümayəndə heyətləri Gürcüstan, Rusiya, Özbəkistan, Pakistan, Belarus və digər ölkələrdə keçirilən tədbirlərdə iştirak edərək təcrübə mübadiləsi aparır və yeni əməkdaşlıq imkanlarını dəyərləndirirlər.

Sahibə Qafarova qeyd edib ki, bütün bu fəaliyyətlər Azərbaycanın beynəlxalq əməkdaşlıq sahəsində etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə