Ceyhun Bayramov Səudiyyə Ərəbistanında səfərdədir

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfər edib. u barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib.

Ceyhun Bayramovu Kral Xalid Beynəlxalq Hava Limanında bu ölkənin xarici işlər nazirinin müavini Vəlid əl-Xarici qarşılayıb.

Qeyd edək ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun bir sıra ölkələrin xarici işlər nazirlərinin regional təhlükəsizlik və sabitlik üzrə məşvərətçi iclasında iştirakı, habelə bəzi ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə