“Enerji təhlükəsizliyi Azərbaycan-Avropa əməkdaşlığının mühüm istiqamətlərindən biridir” - Hikmət Hacıyev
“Avropa İttifaqı ilə bağlı məsələlərə baxarkən nəzərə almalıyıq ki, biz Azərbaycan Respublikasının sərhədinə yaxın yerləşən bir regiondayıq. Bu isə Azərbaycan üçün mühüm geosiyasi və strateji məna daşıyır. Tərəfdaşlıq yalnız gözlənilən bir proses deyil, eyni zamanda qarşılıqlı təşəbbüs və əməkdaşlıq tələb edən bir yanaşmadır”.
SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XIII Qlobal Bakı Forumda çıxışı zamanı səsləndirib.
Hikmət Hacıyev bildirib ki, beynəlxalq əməkdaşlıqda həm çoxtərəfli, həm də ikitərəfli diplomatiya mühüm rol oynayır: “İkitərəfli diplomatiya vacibdir və oxşar düşüncəyə malik ölkələr bu istiqamətdə bir araya gələrək əməkdaşlığı genişləndirə bilərlər. Bununla yanaşı, bəzi hallarda beynəlxalq institutların fəaliyyəti gözlənilən nəticələri vermir və dövlətlər problemlərin həlli üçün öz təşəbbüslərini irəli sürməli olurlar”.
O qeyd edib ki, Azərbaycan regional və beynəlxalq əməkdaşlıq məsələlərində fəal mövqe nümayiş etdirir: “Biz müəyyən problemlərin həlli üçün yalnız beynəlxalq institutların təşəbbüsünü gözləməmişik. Müxtəlif beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT ilə əməkdaşlıq çərçivəsində müəyyən məsuliyyətlər götürmüşük və bu istiqamətdə fəaliyyət göstərmişik”.
Prezidentin köməkçisi vurğulayıb ki, enerji təhlükəsizliyi Azərbaycan üçün əsas prioritetlərdən biridir: “Enerji təhlükəsizliyi təkcə Azərbaycan üçün deyil, həm də Avropa İttifaqı üçün vacib məsələdir. Bu sahədə əməkdaşlıq müxtəlif ölkələri bir araya gətirən uğurlu və dinamik layihələrin həyata keçirilməsinə imkan yaradır. Enerji layihələri regional sabitliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verir”.
Hikmət Hacıyev əlavə edib ki, beynəlxalq siyasətdə “orta güc” anlayışı yalnız hərbi potensialla ölçülməməlidir: “Bizim üçün orta güc anlayışı problemlərin həllinə töhfə vermək, öz baxışını təqdim etmək və qlobal gündəliyin formalaşmasına iştirak etmək deməkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB