“Biz artıq nizamsız beynəlxalq sistemlə üz-üzəyik” - Kjell Maqne Bondevik

“Beynəlxalq nizam sadəcə dəyişiklik mərhələsində deyil — o artıq dəyişib. Bu gün biz yeni bir beynəlxalq nizamla yox, nizamsız bir beynəlxalq sistemlə qarşı-qarşıyayıq. İkinci Dünya Müharibəsindən sonra qurulan sistemin əsas dayaqları ABŞ, Avropa institutları və BMT idi, beynəlxalq konvensiyalar və Beynəlxalq Cinayət Məhkəməsi kimi qurumlar yaradılmışdı. Lakin bu gün BMT zəifləyib, ABŞ müəyyən dərəcədə geri çəkilib və təşkilat maliyyələşmə problemləri ilə üz-üzədir. Eyni zamanda Avropa da əvvəlki kimi birləşmiş deyil və parçalanma meyilləri görünür. Əsas sual budur: yeni və sabit beynəlxalq nizamı necə qurmaq olar?”

SİA xəbər verir ki, bu sözləri Norveçin Baş naziri Kjell Maqne Bondevik XIII Qlobal Bakı Forumda çıxışı zamanı deyib.

Baş nazir vurğulayıb ki, gələcəkdə regional təşkilatlar, xüsusilə təhlükəsizlik sahəsində, daha böyük rol oynayacaq: “Dünyada bir çox beynəlxalq təşkilatlar mövcuddur, lakin gələcəkdə daha kiçik, amma daha effektiv bir BMT görməyə hazır olmalıyıq. Bu isə yaxın zamanda seçiləcək yeni BMT Baş katibinin qarşısında duran əsas vəzifələrdən biri olacaq”.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə