"Azərbaycanın sərhədləri yaxınlığında və regionda çox ciddi tarixi proseslər baş verir. Azərbaycanın qonşuluğunda baş verən bu hadisələr ölkəmiz üçün də müəyyən mənada tarixi fürsətlər yaradır".
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Onun sözlərinə görə, artıq uzun illərdir ki, İranda mövcud olan siyasi sistemin gələcəyi ilə bağlı müzakirələr aparılır: " Məlumdur ki, 1979-cu ildən sonra formalaşmış və Əli Xameneinin rəhbərlik etdiyi mövcud hakimiyyət sistemi uzun müddətdir müxtəlif daxili və xarici təzyiqlərlə üzləşir. Son illərdə ölkə daxilində baş verən etiraz aksiyaları, xüsusilə gənclərin və tələbələrin fəallığı göstərir ki, cəmiyyətdə ciddi narazılıq mövcuddur.
Hesab edirəm ki, bu proseslər əslində artıq bir neçə il əvvəl başlamışdı və zaman keçdikcə daha da dərinləşib. Xüsusilə tələbə aksiyaları və sosial narazılıqlar hakimiyyətlə cəmiyyət arasında məsafənin artdığını göstərir. Bu səbəbdən də İranda baş verən proseslər regionun gələcəyi baxımından diqqətlə izlənilir.
Belə bir şəraitdə region ölkələri üçün yeni geosiyasi reallıqlar formalaşa bilər. Bu baxımdan Azərbaycan da yaranan vəziyyəti diqqətlə izləyir və regionda baş verən dəyişikliklərin mümkün nəticələrini nəzərə alır.
İranda baş verən proseslər nəticə etibarilə ciddi siyasi dəyişikliklərə gətirib çıxara bilər. Bu dəyişikliklər baş verərsə, regionda yeni siyasi və geosiyasi mərhələ başlaya bilər. Belə bir mərhələdə isə həm region xalqları, həm də qonşu dövlətlər üçün yeni imkanlar və çağırışlar meydana çıxa bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB