Yaxın Şərqdə bəzi ölkələrin hava məkanlarının bağlanması səbəbindən “Türk Hava Yolları” aviaşirkəti bir sıra reysi təxirə salıb.
SİA xəbər verir ki, bu barədə aviaşirkətin media müşaviri Yahya Üstün məlumat verib.
Bildirilib ki, mövcud vəziyyətlə əlaqədar olaraq Livan, Suriya, İraq, İran və İordaniyaya olan səfərlər martın 2-si, Qətər, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Oman reysləri isə bu günlük ləğv edilib.
Media müşaviri hava məkanındakı vəziyyətin operativ şəkildə izlənildiyini, əlavə reys ləğvlərinin ola biləcəyini deyib. Uçuşlarla bağlı ən son məlumatlar THY-nin rəsmi saytında yerləşdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB