“2026-cı ilin ilk iki ayında 2 863 nəfər azad olunmuş ərazilərdə məskunlaşıb” - DEPUTAT
Azərbaycanın güclənməsi işğaldan azad olunan torpaqlarda intensiv bərpa və yenidənqurma işlərinin aparılmasına geniş imkanlar yaradıb.
SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin plenar iclasında çıxışı zamanı səsləndirib.
Deputat bildirib ki, Böyük Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda artıq 28 697 nəfər məskunlaşıb: “Bu, 7 154 ailənin evlə təmin edilməsi deməkdir”.
Vüqar Bayramov qeyd edib ki, 2026-cı ilin yanvarın 1-dən sonrakı təxminən iki ay ərzində 2 863 keçmiş məcburi köçkün işğaldan azad olunan ərazilərdə məskunlaşıb: “Bu isə cəmi iki ayda 646 evin dövlət tərəfindən təqdim olunması deməkdir”.
Deputat əlavə edib ki, yeni dövrün hədəfləri çərçivəsində Azərbaycan iqtisadiyyatında islahatların daha da dərinləşdirilməsi nəzərdə tutulur: “Rəqabətin gücləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və gizli iqtisadiyyatın aradan qaldırılması istiqamətində strateji tədbirlər davam etdiriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB