Zakir Həsənov polkovniki vəzifəsindən azad edib

Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin rəisi polkovnik Rəşad Babayev vəzifəsindən azad edilib. Mediada dərc edilən məlumatlara görə bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.

Hazırda MN-nin Maliyyə-Büdcə idarəsinin rəisi vəzifəsini rəis müavini Vüqar İbrahimov icra edir. Qeyd edək ki, Rəşad Babayev bu vəzifəyə 2024-cü ildə təyinat almışdı.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə