Təxribatçı antimilli sürüyə erməni lobbisinin dəstək verdiyi üzə çıxdı - TƏHLİL

Vaşinqtonda yaşayan Asif Mirzəyev törədilən təxribatla bağlı diqqətçəkən faktlar açıqladı

Zaman-zaman erməni-rus təxribat maşını Azərbaycan dövlətinə qarşı çirkin, məkrli kampaniya aparıb. Bu fəaliyyət Azərbaycanın Qarabağdakı hərbi-terrorçu dəstələri tamamilə məhv edilərək, ərazi bütövlüyünün bərpa edilməsindən sonra daha geniş xarakter alıb. Rusiya açıq şəkildə ölkəmizin beynəlxalq aləmdə imicinin ləkələnməsi üçün hər vasitə və üsüllardan istifadə edir. Kremldən göstəriş alan Salavyov, Simonyan kimi televiziya şərhçiləri, mətbua orqanları, sosial şəbəkənin idarəolunan ünsürləri Azərbaycana qarşı həqiqəti əks etdirməyən dezinformasiya xarakterli informasiyalar yayırlar. Son günlər isə məkrli dairənin yaramaz məxluqları Azərbaycanın atributlarını, Fateh Sərkərdəmiz, Prezidentimizi hədəfə alırlar. Bütün bunlar heç şübhəsiz ki, Rəsmi Kremlin Azərbaycana qarşı həyata keçirdiyi hibrid hücumlarının tərkib hissəsidir. Çirkin məqsədin arxasında dayanan marağa isə ölkəmizin beynəlxalq mövqeyinə zərbə vurmaq, ictimai-siyasi sabitliyə xələl gətirməkdir. Mehman və Emin Hüseynovların da ortaya atılmaları birbaşa Rusiya xüsusi xidmət orqanlarının fəaliyyətlərinin nəticəsidir. Qardaşlar Rusiyanın məlum dairələrinin sifarişi ilə Azərbaycan dövlətinə, xalqına, atributlarına qarşı çirkin ifadələrlə çıxış edir, düzüb qoşulan videolar paylaşırlar. Bununla bir daha soydan-kökdən gələn iyrənc məxluqlar olduqlarını nümayiş etdirirlər.

Ümumiyyətlə, fakt ondan ibarətdir ki, xaricdəki antimilli ünsürlər, o cümlədən Altay Göyüşov, Ərəstun Oruclu, İlqar Hacıyev, Qənimət Zayidov, Qabil Məmmədov, İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Tural Sadıqlı, Arif Məmmədov, Elşad Məmmədov, Məhəmməd Mirzəli, Orxan Ağayev, Qurban Məmmədov və digərləri radikal revanşist erməni kimi davranış nümayiş etdirirlər. Onların Münxendən sonra ABŞ-da törətdikləri təxribatlar birbaşa Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə hesablanmışdır.

ABŞ-da təşkil olunan təxribat

Azərbaycanın dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında fəal iştirak etdiyi hər kəsə məlumdur. O da bəllidir ki, Prezident İlham Əliyev Qəzzaya dair "Sülh şuras"nın işində fəal iştirak etməklə Yaxın Şərqdə əmin-amanlığın yaradılmasına töhfələr verir. Bu da Rusiyanı, Fransanı, Almaniyanı və digər dövlətləri ciddi narahat edir. Ona görə də, müxtəlif çirkin vasitələrlə Azərbaycanın beynəlxalq aləmdəki imicini ləkələməyə çalışırlar. Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edən Azərbaycan dövlət rəhbərliyinə qarşı bir qrup antimilli ünsür təxribatlara törətməyə cəhdlər göstərib. Onlar dövlət rəhbərliyinə qarşı təhqiramiz və qeyri-etik ifadələr səsləndirərək mühafizə olunan əraziyə daxil olmağa çalışıblar. Ancaq təxribat sürüsünün məkrli niyyəti baş tutmayıb. Azərbaycan Prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşları xüsusi peşəkarlıq nümayiş etdirək sifarilə əraziyə göndərilmiş antimilli ünsürlər zərərsizləşdiriliblər. Sonradan insident nəticəsində ciddi pozuntu qeydə alınmasa da, sosial şəbəkələrdə yayılan videogörüntülərdə antimilli ünsürlər açıq şəkildə nalayiq ifadələr işlətdiyi eşidilir. Sual yaranır, niyə məhz Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra xarici məkrli dairələr ölkəmizə qarşı birləşiblər? Nədən əhəmiyyətli beynəlxalq tədbirlərin keçirildiyi dövrlərdə Azərbaycan rəhbərliyinə qarşı təxribat xarakterli aksiya təşkil olunur? Cavab qısa və sadədir: Azərbaycanın dünyanın güc mərkəzlərindən birinə çevrilməsi bir sıra siyasi mərkəzlərdə, dövlətlərdə ciddi narahatlıq yaradıb.

Asif Mirzəyev: "Aksiyada iştirak edəcək şəxslərin hər birinə 105 dollar verilib"

Diqqətçəkən məqam ondan ibarətdir ki, belə bir təxribatın təşkil olunmasından sonra bəzi riyakar dairələr və məkrli şəxslər özlərini ifşa edən açıqlamalar yayırlar. Yəni təxribatların törədilməsində əllərinin olduğunu nümayiş etdirirlər. ABŞ-da fəaliyyət göstərən erməni ictimai-siyasi ANCA təxribatla bağlı özünə məxsus mövqe ifadə edib. Təşkilat yaydığı açıqlamada təxribatçılara haqq qazandırır və "Əli Kərimliyə və Tofiq Yaqubluya azadlıq", "Azərbaycandakı siyasi məhbuslara azadlıq" kimi şüar xarakterli fikirlər səsləndirib. Haqlı və əsaslı sual yaranır, bu təşkilat Əli Kərimli və Tofiq Yaqublu ilə hansı əlaqəsi var? ANCA erməni təşkilatı olduğu halda nədən Azərbaycanın siyasi arenası ilə bağlı mövqe ifadə edir? Yenə də sualın cavabı aydındır: Əli Kərimli, Tofiq Yaqublu və ABŞ-da məlum təxribatı törədənlər antimilli ünsürlərin erməni lobbisi ilə geniş əməkdaşlıq münasibətləri mövcuddur.

Vaşinqtonda yaşayan Asif Mirzəyevin etirafına görə, təxribatın təşkil edilməsi ilə bağlı bir ay öncə ANCA erməni siyasi təşkilatın ofisində müzakirələr aparılıb: "Aksiyada iştirak edəcək şəxslərin hər birinə 105 dollar verilib və onlara dəstək göstəriləcəyi vəd olunub". A.Mirzəyevin sözlərinə görə, aksiyanın idarəedilməsini də erməni təşkilatı üzərinə götürüb: "Nəzərdə tutulurdu ki, qarşıdurma yaransın və diqqət mərkəzinə çevrilsinlər. Lakin onlara vəd edilən dəstək göstərilmədiyindən plan baş tutmadı".

Törədilən təxribatın önündə olan ermənipərəst senatorlardan biri də Frank Pallonedir. O, erməni lobbisinin fəallarından hesab olunur. 1992-ci ildə Azərbaycana qarşı tətbiq edilən "907-ci düzəlişin" əsas müəlliflərindəndir. ABŞ Konqresində erməni məsələləri üzrə fəaliyyət göstərən qrupun həmtəsisçilərindən biridir. Bu üzdəniraq Senator Qarabağ münaqişəsi dövründə və sonrakı mərhələlərdə separatçıların terror fəaliyyətlərini dəstəkləyən əsas şəxslərdən olub. Hazırda Azərbaycan torpaqlarını işğaldan azad edən qalib dövlət kimi dünya siyasətində xüsusi rola malikdir. ABŞ-la Azərbaycan arasında səmimi, hər iki dövlətin maraqlarına xidmət edən münasibətlər yaranıb. Ən əsası "907-ci düzəlişin" tamamilə arxivə göndərilməsi gözlənilir. Bütün bunlar ANCA və Frank Pallone kimilərini narahat edir. Çünki bu, onların ABŞ-dakı siyasi gündəliyində əsas yer tutan mövqelərin zəifləməsi ilə nəticələnə bilər. Ona görə də, Vaşinqitonda antimilli ünsürlərdən alət kimi istifadə etməklə ABŞ-Azərbaycan münasibətlərini korlamağa və ölkəmizin beynəlxalq imicinə zərbə vurmağa ümid edilən təxribat təşkil ediblər. Lakin məkrli niyyətləri və fəaliyyətləri baş tutmadı. Rüsvay olunaraq geri çəkilməyə məcbur oldular.

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə