"Prezidentin Ərəb Parlamenti rəhbərliyini qəbul etməsi strateji addımdır" - POLİTOLOQ DANIŞDI
"Azərbaycan Prezidentinin Ərəb Parlamenti rəhbərliyini qəbul etməsi mühüm siyasi hadisədir və yüksək səviyyəli diplomatik təmas kimi qiymətləndirilməlidir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, Azərbaycanın xarici siyasətində müsəlman dünyası, xüsusilə ərəb ölkələri ilə münasibətlər xüsusi yer tutur, bu görüş strateji əhəmiyyət daşıyır: "Son 5–6 il ərzində ərəb dünyası, xüsusilə Körfəz ölkələri ilə münasibətlərimizdə ciddi və dinamik inkişaf müşahidə olunur. Bu proses tərəflərin qarşılıqlı maraqlarına əsaslanır və əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir.
Xüsusilə Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Misir kimi ərəb dünyasının aparıcı dövlətləri ilə münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsində olması olduqca vacibdir. Bu, Azərbaycanın ərəb dünyasında mövqelərinin güclənməsinə, iqtisadi və siyasi əlaqələrinin genişlənməsinə xidmət edir.
Eyni zamanda, bu əməkdaşlıq ərəb ölkələrinin də Cənubi Qafqaz və Avrasiya məkanında mövqelərinin güclənməsinə imkan yaradır. Qarşılıqlı investisiyalar, enerji, logistika, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi hər iki tərəfin maraqlarına cavab verir. Beləliklə, Prezidentin bu görüşü Azərbaycanın çoxşaxəli xarici siyasət kursunun tərkib hissəsi olmaqla yanaşı, ölkəmizin ərəb dünyası ilə münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edən strateji addım kimi qiymətləndirilə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB