Çin Kubanın milli suverenliyini və təhlükəsizliyini qorumaq səylərini qətiyyətlə dəstəkləyir və hər hansı kənar müdaxiləyə qarşı çıxır.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Kubaya hər zaman dəstək olduqları bildirilib:
“İmkanlarımız daxilində Kuba hökumətinə hər zaman dəstək və yardım göstərməyə hazırıq”, – Tsyan bildirib. O, əlavə edib ki, ABŞ Venesueladan göndərilən yüklərin qarşısını aldığı üçün aviaşirkətlərdə reaktiv yanacaq çatışmazlığı yaranıb və nəticədə Kubada uçuşlar dayandırılıb.
Buna baxmayaraq, Çin vətəndaşlarının Kubada təhlükəsizlik məsələləri ilə bağlı heç bir məlumatı olmadığını sözçü qeyd edib. Çin tərəfi vəziyyəti diqqətlə izlədiyini və lazım gəldikdə əlavə yardım göstərəcəyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB