Qafar Əliyev təqaüdə çıxdı

Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev işdən azad edilib.

SİA-nın sorğusuna cavab olaraq YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli məlumatın doğruluğunu təsdiq edib.

O bildirib ki, Qafar Əliyev təqaüd yaşının çatması ilə əlaqədar öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, Qafar Əliyev uzun illər Azərbaycan Respublikasının Prezident Adminstrasiyasında fəaliyyət göstərib, həmçinin ictimai-siyasi xadim kimi mediada tanınır.

Eyni zamanda Q.Əliyev Yeni Azərbaycan Partiyasının veteran üzvlərindəndir.

Bütün xəbərlər Facebook səhifəmizdə