Prezident İlham Əliyevə mükafat təqdim olunub - YENİLƏNİB

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin himni səsləndirildi.

“Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı videoçarx nümayiş etdirildi.

Sonra Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam çıxış etdi.

Mərasimdə Prezident İlham Əliyev çıxış etdi.

Daha sonra Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış etdi.

Tədbirdə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın digər laureatı Zarqa Yaftalı çıxış etdi.

Mərasimdə, həmçinin “Taavon” Fələstin təşkilatı adından Nabil Qaddumi çıxış etdi.

Daha sonra Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan “Zayed İnsan Qardaşlığı Mükafatı”nı laureatlara təqdim etdi.

Sonda birgə foto çəkdirildi.

Bütün xəbərlər Facebook səhifəmizdə