İranda 800 nəfərin edam edilməsi ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir. SİA-nın məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi keçirdiyi həftəlik mətbuat konfransında bildirib.
İranın XIN rəsmisi beynəlxalq səviyyədə İrana qarşı mənfi atmosfer formalaşdıran tərəfləri kəskin tənqid edib. O bildirib ki, bəzi qüvvələr qeyri-məsuliyyətli şəkildə yalan məlumatları beynəlxalq ictimaiyyətə ötürürlər:"Bizim üçün də sual doğurur ki, bu məlumatları beynəlxalq səviyyəyə çıxaranlar kimlərdir və niyə bu qədər qeyri-məsuliyyətli davranırlar? Son hadisələrlə bağlı İrana qarşı çoxsaylı saxta məlumatlar yayılıb və beynəlxalq ictimaiyyətə təqdim olunub."
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB