“Siyasi-iqtisadi islahatlar gələcəyə yönəlmiş ciddi fəaliyyətin formalaşdığını göstərir” - DEPUTAT DANIŞDI

“Azərbaycan məhz bu idarəetmə modeli vasitəsilə torpaqlarının işğaldan azad olunmasını təmin edib”.

Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinə başlanılması, bərpa prosesinin həyata keçirilməsi və infrastrukturun yenidən qurulması böyük maliyyə resursları tələb edən mürəkkəb mərhələlərdir. Bu istiqamətdə mina təmizləmə tədbirləri və digər zəruri addımlar Prezident tərəfindən həyata keçirilən siyasi-iqtisadi islahatlar fonunda planlı və sistemli şəkildə icra olunur ki, bu da gələcəyə yönəlmiş ciddi fəaliyyətin formalaşdığını göstərir.

Görülən işlər eyni zamanda Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, xarici təzyiqlərin azalmasına və ölkənin daha sərbəst şəkildə iqtisadi əlaqələr qurmasına əlverişli şərait yaradır. Son illərdə sosial və iqtisadi islahatların genişləndirilməsi ölkədə mövcud olan çətinliklərin, o cümlədən işsizlik kimi problemlərin tənzimlənməsi baxımından da ümidverici perspektivlər vəd edir. Bu baxımdan, Azərbaycan üçün seçilmiş idarəetmə modeli qısamüddətli dövrdə nəticələri tam şəkildə görünməsə də, uzunmüddətli perspektivdə uğurlu və dayanıqlı inkişafla nəticələnəcəyinə əsas verir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə