Din Xadimlərinin II Forumunun iştirakçıları Fəxri xiyabanı ziyarət ediblər - FOTOLAR
Din Xadimlərinin II Forumu çərçivəsində Azərbaycanda səfərdə olan Türkiyə, Özbəkistan, Qazaxıstandan olan nümayəndə heyətləri Fəxri xiyaban, Zəfər abidəsi və Hərbi Qənimətlər Parkını ziyarət ediblər.
SİA xəbər verir ki, forum iştirakçıları Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış Zəfər abidəsi ziyarət edilib. Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi dərin ehtiramla yad edilib, abidə önünə gül dəstələri qoyulub.
İştirakçılar həmçinin Hərbi Qənimətlər Parkında nümayiş etdirilən və Ermənistanın müharibə cinayətlərini sübuta yetirən eksponatlara baxıblar.
Qeyd edək ki, dekabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakıda "Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı" mövzusunda Azərbaycan Din Xadimlərinin II Forumu keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB