Mətləb Salahov: “Brüsseldə Ermənistanla imzalanmış yeni sənədlərdə Azərbaycan əleyhinə bəndlərin salınması Aİ-nin məkrli siyasətdən əl çəkmədiyini ortaya qoydu”
“Ukrayna məsələsində Donald Trampla düşmənə çevrilən Avropa İttifaqı (Aİ) ölkələri, bu düşmənçiliyi Cənubi Qafqaza daşımaqda israrlı görünür. Məsələ burasındadır ki, ötən həftə Avropa İttifaqı (Aİ) və Ermənistan arasında Brüsseldə keçirilən Tərəfdaşlıq Şurasının VI iclasının nəticəsində imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənəd bu qurumun bölgədə sülh prosesi üçün ciddi əngələ çevrildiyini, Vaşinqtonda imzalanmış sülh protokoluna qarşı olduğunu ortaya qoydu.
Diqqət edin: növbəti 7 il müddətində Aİ ilə Ermənistan arasında strateji prioritetləri müəyyənləşdirən bu ikitərəfli sənəddə Azərbaycanı hədəf alan məsələlər önə çıxarılıb. Sənədin giriş hissəsində və bir sıra digər bölmələrində ölkəmizdən könüllü şəkildə Ermənistana miqrasiya etmiş erməni sakinlərə istinadən “Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri” ifadəsinin işlədilməsi və bu məsələnin Aİ və Ermənistan arasında tərəfdaşlıq prioriteti kimi müəyyən edilməsi, eləcə də bu kateqoriya insanların “qaçqın” statusunda qeyd edilməsi hansı məntiqin məhsuludur? Bu o deməkdir ki, Aİ açıq şəkildə rəsmi İrəvanı və revanşistləri Azərbaycan əleyhinə qızışdırmağa başlayıb.
Bu fikirləri SİA-ya şərhində jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, Ukrayna məsələsində ABŞ Prezidenti Donald Trampla düşmənə çevrilən Qərb liderləri, məhz D.Trampın təşəbbüsü ilə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan sülh razılşamasını pozmaq üçün çalışır. “Artıq buan heç bir şübhə yeri yoxdur. Aİ ABŞ-dan tam fərqli siyasət yürüdür. İşin müqəmmalı tərəfi isə hazırkı Ermənistan baş naziri Nikol Paşinyandır. Aİ ilə imzalanan bəndlərdə sülh prosesini təhdid edən bəndlərə məgər N.Paşinyan etiraz edə bilməzdimi?
Çünki sülh razılşamasını məhz özü imzalayıb Vaşinqtonda. Belə ifadə etsək, N.Paşinyanın D.Tramp qarşısında siyasi öhdəlikləri var. Onun Aİ ilə 7 illik strateji tərəfdaşlığa imza atması və hazırkı ABŞ prezidentinin planlarına qarşı açıq-aşkar mövqe sərgiləməsi də müəmmalı məsələdir. Belə çıxır ki, N.Paşinyan həm D.Tramp qarşısında quyruq bulayan müti qul, həm də Aİ ilə düşünülmüş riyakar siyasət yürüdən hiyləgər erməni kimi davranır. Aİ-nın bu addımı həm də Azərbaycanla münasibətlərini də sual altına qoyur. Sən İrəvanla strateji tərəfdaş ol, Azərbaycana qarşı açıq qərəz göstər, sonra da Bakıya gəlib enerji təhlükəsiliyini müzakirə elə. Bu absurd deyilmi?”
Afət Tahirqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB