Rusiya neft sənayesini nə gözləyir?

Noyabr ayında Rusiyanın neft məhsullarının ixracı 21 faiz azalıb...

...Rusiya neft sənayesi Qərb sanksiyaları və ixrac infrastrukturuna Ukraynanın dron hücumları nəticəsində artan risklərlə üzləşir. Analitiklər xəbərdarlıq edirlər ki, təzyiq davam edərsə, sənaye Moskvanın qlobal bazarda rəqabətli qiymətlərlə neft satmaq qabiliyyətini məhdudlaşdıracaq struktur ziyana məruz qala bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Financial Times yazır.

Noyabr ayında Rusiyanın neft məhsullarının ixracı gündə təxminən 2 milyon barel təşkil edib ki, bu da 2016-2024-cü illərin orta göstəricisindən 21 faiz aşağıdır. Azalma ABŞ və Böyük Britaniyanın “Lukoil” və “Rosneft” şirkətlərinə qarşı sanksiyaları, eləcə də Ukraynanın ixrac terminallarına və gəmilərinə hücumları ilə əlaqədardır.

Noyabrın sonlarında Ukrayna dəniz dronları Qara dənizdəki bir neft terminalına zərbə endirərək ciddi ziyan vurub və Türkiyə sahillərində Rusiya ilə əlaqəli iki tankerə hücum edilib.

Analitiklər Ukraynanın diqqətini neft emalı zavodlarına zərbələrdən ixrac obyektlərinə yönəltdiyini və bu da uzunmüddətli problemlərə səbəb ola biləcəyini söyləyirlər.

Fiziki ziyana əlavə olaraq, sığorta və yük daşımaları xərcləri də artır. Gəmi sahibləri riskli ərazilərdə fəaliyyət göstərmək istəmirlər.

..."Kölgə donanması"nın genişlənməsi və sanksiyalardan yayınma yollarının genişləndirilməsi nəticəsində tanker çatışmazlığı təzyiqi artırır.

Rusiya neftinin əsas alıcıları - Çin və Hindistan - alış-verişi davam etdirsələr də, Rusiya rəqabət qabiliyyətini qorumaq üçün endirimlər təklif etməyə məcburdur. Bununla yanaşı, onun logistika xərcləri digər təchizatçıların xərclərinə nisbətən xeyli yüksəkdir.

Ekspertlər qeyd edirlər ki, Ukraynadakı müharibə qlobal neft qiymətlərinə təsir edən əsas amil olaraq qalır. Məhdud emal gücünə görə Avropa dizel bazarında dəyişkənlik artır: AB neftayırma zavodlarının bağlanması bazarı xarici şoklara qarşı həssas edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə