...Avtomobil portalı “What Car” ən etibarlı işlənmiş krossoverləri sadalayıb.
Bunun üçün nəşr avtomobil sahibləri arasında sorğu keçirərək avtomobilləri 100 ballıq şkala üzrə qiymətləndirib. SİA xəbər verir ki, Kia EV3 işlənmiş bazarda ən etibarlı elektrik avtomobili kimi ortaya çıxıb.
Sorğu nəticəsində EV3-ün 100 faiz etibarlılıq reytinqinə malik ilk Kia modeli olduğu bildirilib.
İkinci yeri 2024-cü ildən etibarən istehsal olunacaq və etibarlılıq reytinqi 97,5 faiz olan Renault Scenic tutub.
İlk üçlüyü etibarlılıq reytinqi 97,1 faiz olan Tesla Model Y tamamlayıb.
Onlardan sonra BMW iX3, Vauxhall Combo Life Electric, Volvo EC40, Kia Soul EV, Mercedes-Benz EQA, Hyundai Kona Electric və Kia E-Niro gəlir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB